Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:20

Ruslan Bəşirli ilə görüşənlərin həbsi xəbəri təsdiqlənmir


Səs: Real audio
Merabi Cibutianın qeyri-hökumət təşkilatına rəhbərlik etməsi də təkzib edildi Yerli mətbuatda yayılan məlumatlara görə, Gürcüstanın hüquq-mühafizə orqanları «Yeni Fikir» Gənclər Təşkilatının sədri Ruslan Bəşirli ilə görüşdə iştirak etmiş şəxsləri həbs edib.



Lakin Gürcüstan Prokurorluğu və Daxili İşlər Nazirliyinin mətbuat xidmətləri «Azadlıq» radiosuna müsahibələrində bunu təkzib ediblər. Prokurorluqdan həmçinin «Ermənistan xüsusi xidmət orqanlarının Gürcüstanda kəşfiyyatla məşğul olmasına münasibətiniz necədir» sualına hər hansı şərh verməkdən imtina ediblər.



Ruslan Bəşirli ilə görüşdə iştirak etmiş Merabi Cibutianın Gürcüstanda qeyri-hökumət təşkilatına rəhbərlik etməsi barədə deyilənlər də öz təsdiqini tapmayıb.



Məsələ ilə bağlı Gürcüstanın Ədliyyə Nazirliyinə müraciət edən «Azadlıq» radiosunun əməkdaşına nazirliyin saytına baxmaq məsləhət görülüb. Saytda Gürcüstan ərazisində qeydə alınmış bütün qeyri-hökumət təşkilatları və onların rəhbərlərinin siyahısı olsa da, orada Merabi Cibutianın adına rast gəlinmir.
XS
SM
MD
LG