Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:27
Rubrikalar

"Barmek" qazancın azlığından gileylənir


Səs: Real audio
Cəlil Bəsirli ailəsinə olan hədələrlə bağlı Baş prokurora və xarici ölkə səfirliklərinə müraciət edəcəyini bildirir - Azərbaycanda hər 100 nəfərə 20 mobil telefon düşür. Ev telefonlarının sayı isə bundan 2 dəfə azdır: hər 100 nəfərə orta hesabla təxminən 13 telefon.



Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi mətbuat xidmətindən aldığımız məlumata görə, rayonlar üzrə telefonların sayı daha azdır. Bölgələrdə 100 nəfərə 8, paytaxt Bakıda isə 29 telefon düşür.



- "Barmek Azərbaycan" şirkəti cüzi gəlir əldə etdiyini deyir.



Şirkətin prezidenti Hüseyn Arabulun sözlərinə görə, “Azərenerji”dən 71 manata aldıqları 1 kilovatı 96 manata satsalar da, əlavə dəyər vergisi və elektrik xətlərindəki itkilər səbəbindən gəlirləri aşağı olur. Dövlətə köçürmələrin az olması da bununla bağlıdır.



- BTC ilə daşınan Azərbaycan nefti təxminən avqustun 17-də Gürcüstanla sərhədə çatacaq.



Bu haqda məlumatı "BP-Azərbaycan" şirkətinin prezidenti Devid Vudvord verib. Bu həftənin sonuna kimi neft Gürcüstandakı birinci, 10 gündən sonra isə ikinci nasos stansiyasına çatacaq. İki aydan sonra isə Azərbaycan nefti Türkiyədə olacaq.



Devid Vudvord ilk neft tankerinin Ceyhan limanından ilin sonuna kimi doldurulub göndəriləcəyini deyib. O, dəqiq tarixi açıqlamayıb.



- Milli Bankdan aldığımız məlumata görə, 1 dollar 4 674, 1 rubl 164, 1 avro isə 5 768 manatdır.
XS
SM
MD
LG