Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:20

Ruslan Bəşirli ilə bağlı video-kaset ekspertiza ediləcək


Səs: Real audio
Cəlil Bəsirli ailəsinə olan hədələrlə bağlı Baş prokurora və xarici ölkə səfirliklərinə müraciət edəcəyini bildirir «Yeni Fikir» Gənclər Təşkilatının sədri Ruslan Bəşirlinin vəkili Elçin Qəmbərov telekanallarda göstərilən video-kasetin ekspertiza edilməsi üçün istintaqa müraciət edib: «Artıq ekspertiza təyin edilib və bir neçə gündən sonra kasetin montaj edilib-edilməməsi ilə bağlı rəy veriləcək».



Vəkil deyir ki, Ruslan Bəşirlinin görüşdüyü şəxslər Gürcüstan vətəndaşlarıdır. Onların şəxsiyyətinin araşdırılması üçün cənab Qəmbərli qonşu ölkənin hüquq-mühafizə orqanlarına rəsmi müraciət edəcəyini deyir.



Ruslan Bəşirlinin atası - Cəlil Bəsirli isə ailəsinə olan hədələrlə bağlı Baş prokurora və xarici ölkə səfirliklərinə müraciət edəcəyini bildirir.



Ruslan Bəşirli avqustun 4-də həbs olunub. O, Cinayət Məcəlləsinin 278-ci maddəsi ilə dövlətin konstitusion quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlərdə ittiham olunur. Hazırda Bayıl təcridxanasında saxlanır.
XS
SM
MD
LG