Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:55

Elizabet Rut: «Kazan görüşünə real imkan kimi baxırıq»


Səs: Real audio
Stiven Mənnin müavini: «Dağlıq Qarabağ münaqişəsi asan həll olunacaq problem deyil» «Bizdə güclü inam var ki, Dağlıq Qarabağ münaqişəsində sülh sazişinin əldə olunması üçün şərait var və prezidentlərin Kazandakı görüşünə real imkan kimi baxırıq».



Bunu «Azadlıq» radiosuna ATƏT-in Minsk qrupunun amerikalı həmsədrinin təmsilçisi Elizabet Rut bildirib.



Amma amerikalı diplomat deyir ki, Kazanda hansısa yekun sənədin imzalanmasını gözləmək lazım deyil.



Elizabet Rut: «Mən Kazanda və ola bilsin ki, yaxın gələcəkdə yekun sülh sazişinin imzalanmasını gözləməzdim. Lakin biz hər iki tərəfi sülh sazişinin reallıq olacağı günə yaxınlaşdırmağa ümid edirik».



Xanım Rut belə hesab edir ki, sülhə ya indi, ya da uzaq gələcəkdə nail olunacaq: «Bu isə hər iki tərəfin əzmindən və iradəsindən asılı olacaq». Onun sözlərinə görə, tərəflər həmsədrlərə münaqişənin nizamlanması üçün ciddi iş aparmaq istədiklərini bildiriblər. «Sülh üçün lazım olan məsələlər 18 aydı ki, müzakirə olunur və bu, davam etdiriləcək» - deyə, o vurğulayır.



ABŞ rəsmisi bildirir ki, sülh sazişi hər iki tərəfdən çətin qərarlar və güclü liderlik tələb edəcək.



Elizabet Rut: «Bu, asan həll olunacaq problem deyil. Hər iki tərəfdə ictimaiyyətin münaqişənin necə və hansı nəticələrlə həll olunması barədə formalaşmış mövqeyi var. Bu konflikti həll etmək həmişə çətin olacaq. Çətin qərarlar verilməlidir. Lakin biz inanırıq ki, şərait yetişib və tərəflər ciddi iş aparsalar, sülhün əldə olunması mümkün ola bilər. Biz yaxşı nəticəyə ümid edirik».



Xanım Rut həmçinin deyir ki, Kazan görüşündən bir neçə gün qabaq Minsk Qrupunun həmsədrləri Moskvada Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşəcəklər.



Avqustun 27-29-da Rusiyanin Kazan şəhərində MDB dövlət başçılarının toplantısı çərçivəsində İlham Əliyev və Robert Koçaryanın görüşü gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG