Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 08:07

Məhbuslar aclıq aksiyasını dayandırıblar


Səs: Real audio
Cəlil Bəşirov Zərdab rayonunun Xanmədli kəndindəki evinə bir qrup adamın basqın etdiyini bildirir Avqustun 1-dən Qobustan həbsxanasında aclıq aksiyası keçirən bir neçə məhbus aksiyanı dayandırıb.



Məlumatı Ədliyyə Nazirliyi Məhkəmə Qərarları İcrası Baş İdarəsinin rəis əvəzi Nazim Ələkbərov verib. Onun sözlərinə görə, Konstitusiya Məhkəməsi aclıq edən məhbusların müraciətinə cavab verəndən sonra onlar aclığı dayandırıblar.



Konstitusiya Məhkəməsinin qərarında göstərilir ki, ömürlük həbs cəzasının ləğvi ilə əlaqədar məsələni ümumi yurisdiksiyalı məhkəmələr həll etməlidir.



Hüquq müdafiəçisi Çingiz Qənizadə deyir ki, bu cavab onları qane edir. Onun sözlərinə görə, məhbuslar ümumi yurisdiksiyalı məhkəmələrə ərizə hazırlayırlar.



Əvvəl aclıq aksiyasına ömürlük azadlıqdan məhrum edilmiş 28 məhbusun qatıldığı bildirilirdi. Onlar cəzalarının 15 il azadlıqdan məhrumetmə ilə əvəzlənməsini tələb edirdilər. Hazırda Qobustan həbsxanasında ömürlük azadlıqdan məhrum edilmiş 90 məhbus saxlanılır.
XS
SM
MD
LG