Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 10:59

AXCP Naxçıvan təşkilatına növbəti hücum olunduğu bildirilir


Səs: Real audio
Cəlil Bəşirov Zərdab rayonunun Xanmədli kəndindəki evinə bir qrup adamın basqın etdiyini bildirir Avqustun 6-dan 7-ə keçən gecə Xalq Cəbhəsi partiyasının Naxçıvan qərargahı basqına məruz qalıb.



Bu haqda məlumat verən AXCP Naxçıvan təşkilatının sədri Asəf Quliyevin bildirdiyinə görə, dəfələrlə Naxçıvan şəhər Polis Şöbəsinə zəng etsələr də, hadisə ilə maraqlanan olmayıb.



Milli Məclisə namizədliyini irəli sürən "Azadlıq" qəzetinin əməkdaşı Məhəmməd Rzayevin bir qrup şəxslər tərəfindən döyüldüyü haqda da məlumat verilir.



Asəf Quliyevin sözlərinə görə, muxtar respublikada baş verənlərin qarşısı alınmazsa, vətəndaş qarşıdurması güclənə bilər. Partiya təmsilçisi beynəlxalq təşkilatlardan da hadisələrə həssas yanaşmağı istədi.



Qarşıdurmalarla bağlı Naxçıvan Daxili İşlər Nazirliyinin əməkdaşlarından münasibət öyrənmək istəsək də, onlar açıqlama verməkdən imtina etdilər.



"Yeni fikir" Gənclər Təşkilatının sədri Ruslan Bəşirli haqqında video material yayımlandıqdan sonra Xalq Cəbhəsi partiyasının Naxçıvandakı qərargahı bir neçə dəfə ayrı-ayrı şəxslər tərəfindən hücumlara məruz qalıb. Qarşıdurmalar nəticəsində partiyanın bir neçə üzvünün xəsarət aldığı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG