Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:38
Rubrikalar

Cənubi Qafqazda irsə münasibət


Səs: Real audio
Cəlil Bəşirov Zərdab rayonunun Xanmədli kəndindəki evinə bir qrup adamın basqın etdiyini bildirir - Azərbaycanda 6 milli park var – Ordubad, Şirvan, Ağgöl, Hirkan, Altıağac, Abşeron milli parkları. Bundan başqa, Azərbaycanda 13 dövlət təbiət qoruğu, 19 dövlət təbiət yasaqlığı var. Milli parklar, qoruqlar, yasaqların ümumi sahəsi ölkə ərazisinin 8 faizi qədərini təşkil edir.



İndi Ekologiya Nazirliyi daha üç milli parkın yaradılması yönündə iş aparır. Bunlar Göygöl, Samur – Yalama və Şahdağ milli parkları olacaq. Ona görə də keçən həftə göygölə giriş qadağan olunub. Bu bir neçə gündə qoruqdan maşın-maşın zibil daşınıb.



Daha ətraflı Göygöldən qayıdan "Azadlıq" radiosunun müxbiri Rövşən Qənbərovun GÖYGÖLDƏ "VƏHŞİ TURİZM"İN SONU materialında.



- İçərişəhəri isə UNESCO belə qoruq elan etsə də, Qoşa qala qapısı olmasa, yəqin, qoruğu yeni məhəllədən ayırmaq daha çətin olar. Yerevan sakinləri də şəhərlərinin belə hala düşəcəyindən narahatdırlar. Yeni tikililərin şəhərin özünəməxsus görkəmini pozacağını deyirlər.



- Tiflis sakinləri isə təzə merin göydələnləri artıracağından narahatdırlar. Bir aydır təyin olunan mer şəhərdə uca binalar tikdirmək istəyir. Sakinlərsə hesab edirlər ki, şəhərin üzü yalnız merin zövqünə uyğun olmamalıdır. Şəhərin inkişaf planı olmalıdır.



Çıxış yolunu yəqin ki, şəhərin baş memarı tapmalıdır. Amma qəribə olsa da, indi Tiflisin memarı vəzifəsi heç yoxdur.



Hazırda evlər müxtəlif rənglərdədir. Tiflis Amerika prezidentini belə qarşıladı. Corc Buşun səfəri ərəfəsində aktual mövzu şəhərdəki binaların rənglənməsi idi. Cənab Buş getdi, indi tiflislilər öyrəşmədikləri "rəngli şəhər"də yaşayırlar.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG