Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:00

«Azadlıq» blokunun Göyçayda mitinqinə imkan verilmədi


Səs: Real audio
Cəlil Bəşirov Zərdab rayonunun Xanmədli kəndindəki evinə bir qrup adamın basqın etdiyini bildirir «Azadlıq» seçki blokuna daxil olan partiyaların Göyçay rayon şöbələrinin avqustun 6-da keçirmək istədiyi mitinqə icazə verilməyib.



Müsavat Partiyası Göyçay rayon təşkilatının sədri Əbülfəz Əliyevin «Azadlıq» radiosuna verdiyi məlumata görə, onlar rayon Mədəniyyət şöbəsinin qarşısında aksiya keçirməyə cəhd etsələr də, polis bunun qarşısını alıb.



Cənab Əliyev bildirir ki, bir neçə mitinq fəalı rayon Polis İdarəsinə aparılıb: «İzahat alınandan sonra sərbəst buraxılıblar».



AXCP Mətbuat Xidmətinin yaydığı məlumatda isə 15 nəfər mitinq iştirakçısının saxlandığı bildirilir.



Göyçay İcra Hakimiyyəti başçısının müavini Ədalət Dövlətov isə deyir ki, rayonda hər hansı aksiya keçirilməsi və kiminsə saxlanması barədə məlumata malik deyil: «Rayon İcra Hakimiyyəti müxalifətçilərə stadionda mitinq keçirməyə icazə versə də, onlar bundan imtina ediblər».
XS
SM
MD
LG