Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:36

Əyalətlərin paradoksu: Dəbdəbəli villalar və işsizlik


Səs: Real audio
Cəlil Bəşirov Zərdab rayonunun Xanmədli kəndindəki evinə bir qrup adamın basqın etdiyini bildirir «Panorama»nın bu dəfəki qonaqları Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədr müavini Əli Əlirzayev və "Hüquqi İnkişaf və Demokratiya" İctimai Birliyinin sədri Zülfiyyə Əliyevadır.



Söhbətdə «Azərbaycan» qəzetinin əməkdaşı Samir Elmanoğlu və «Zerkalo» qəzetinin şərhçisi Azər Rəşidoğlu da iştirak edir.



«Panorama»nın bu dəfəki buraxılışı əyalətlərin sosial-iqtisadi vəziyyətinə həsr edilib. Millət vəkili Əli Əlirzayev deyir ki, əyalətlərdə əsas problem işsizlik, infrastrukturların yoxluğudur.



Ancaq Zülfiyyə Əliyeva hesab edir ki, bu problemlərə məmur özbaşınalığı və korrupsiya hallarını da əlavə etmək lazımdır. Onun sözlərinə görə, bir sıra məmurlar təbiət mənzərəsi yaxşı olan kəndlərdə villalar təkdirib dəbdəbəli həyat tərzi sürdükləri halda, sadə insanlar çox ciddi iqtisadi problemlərlə üz-üzə qalırlar. Kənd və qəsəbələrdən paytaxta kütləvi axın da bunu deməyə əsas verir.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG