Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:11

«Varlı namizədlər əhaliyə pul paylamağı düşünürlər»


Səs: Real audio
Asəf Quliyev: «Yaranmış qarşıdurmada bir neçə partiya üzvü bədən xəsarəti alıb» «İmza toplanmasında iştirak etmək istəyən vətəndaşın şəxsiyyət vəsiqəsi yoxdursa, o, «forma 7»-dən istifadə etməlidir». Bunu «Xalq Cəbhəsi» qəzetinə müsahibəsində Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov deyib. O, həmçinin bildirib ki, məcburi köçkünlər və qaçqınlar, hərbçilər müvafiq vəsiqədən istifadə edə bilərlər. Cənab Məmmədov deyib ki, namizəddən təlimatda göstərilənlərdən kənar sənədlərin tələb edilməsi yolverilməzdir. Natiq Məmmədovun sözlərinə görə, artıq 853 nəfər namizədliyini irəli sürüb. Onlardan cəmi 39 –u qeydə alınıb.



«Bakı - Xəbər» qəzetindəki «Varlı namizədlər əhaliyə pul paylamağı düşünürlər» başlıqlı məqalədə Nicat Dağlar yazır ki, parlament seçkisi yaxınlaşdıqca çoxsaylı iş adamları seçici səsi uğrunda böyük vəsaitlər xərcləməyə başlayırlar. Müəllif yazır ki, artıq yol salmaq, seçicilərə pul paylamaq və s. barədə söhbətlər dolaşır. Məqalədə bildirilir ki, insanların yaşayışının pis olması onların pullu namizədlərin toruna düşmək ehtimalını artırır.



«Yeni Azərbaycan» qəzetindəki «İnqilabi cəsusluq» başlıqlı məqalədə Azər Mənsimli yazır ki, müxalifətin aparıcı simalarından olan Əli Kərimli Ruslan Bəşirli vasitəsi ilə Ermənistana mesaj göndərir ki, o, müharibə tərəfdarı deyil və problemi «konyak içə-içə» həll etmək niyyətindədir. Belə olan halda donor təşkilatların radikal müxalifətin «məxməri inqilab» planlarını maliyyələşdirməsi təəccüblü görünmür. Görünür, bu insanlar ötən illər ərzində hələ də islah olunmayıblar.
XS
SM
MD
LG