Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:57

Nelson Ledski: "Milli Demokratiya İnstitutu heç kimi maliyyələşdirmir"


Səs: Real audio
Asəf Quliyev: «Yaranmış qarşıdurmada bir neçə partiya üzvü bədən xəsarəti alıb» "Milli Demokratiya İnstitutu seçkilərdə iştirak edən heç bir siyasi partiya və ya şəxsi maliyyələşdirmir". Bunu ABŞ Milli Demokratiya İnstitutunun (MDİ) Avrasiya proqramları direktoru Nelson Ledski Azərbaycanda təşkilatın ünvanına səslənən bəzi fikirlərə münasibət bildirərkən deyib.



Nelson Ledski deyir: "Milli Demokratiya İnstitutu ilə bağlı Bakıda dolaşan söz-söhbət məni çox məyus edir. Mən rəsmən bəyan edirəm ki, MDİ seçkilərdə iştirak edən heç bir siyasi partiya və ya şəxsi maliyyələşdirmir.



MDİ dünyanın 50-60 ölkəsində proqramlar həyata keçirir. Amma biz heç vaxt hər hansı bir siyasi partiya və ya şəxsi maliyyələşdirməmişik.



Biz bununla məşğul olmuruq. Bu, Amerika qanununa və MDİ-nin prinsip və praktikasına ziddir".



Cənab Ledski Azərbaycanda siyasi partiyalarla, o cümlədən AXCP ilə əməkdaşlığı davam etdirəcəklərini bildirir.



"Biz Xalq Cəbhəsi partiyası ilə son 10 ilə yaxındır ki, əməkdaşlıq edirik. Mən bu partiyanın bağlanması ilə bağlı çağırışlara şərh vermək istəmirəm. Bu hörmətli, legitim bir siyasi partiyadır".



MDİ noyabırdakı parlament seçkilərini müşahidə etmək üçün Bakıdan dəvət alacağına da ümid edir.



"Biz seçkiləri müşahidə etmək üçün dəvət olunacağımıza ümid edirik. Biz bununla bağlı Azərbaycana müraciət göndərmişik. Xanım Olbrayt Bakıda olarkən bu məsələni rəsmi şəxslərlə görüşündə qaldırmışdı. Xarici İşlər Nazirliyinə müraciət etmişik və dəvət olunacağımız barədə şifahı razılıq almışıq".
XS
SM
MD
LG