Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:34

ABŞ səfiri Ruslan Bəşirli ilə bağlı prezidentlə görüşəcəyini təkzib edir <p align=`left`><br><br>


Səs: Real audio
Asəf Quliyev: «Yaranmış qarşıdurmada bir neçə partiya üzvü bədən xəsarəti alıb» «Biz ümid edirik ki, hökumət bu məsələni ətraflı araşdıracaq. Və biz araşdırmanın nəticəsini gözləyirik". ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş "Yeni Fikir" Gənclər Təşkilatının sədri Ruslan Bəşirlinin həbsinə münasibət açıqlayarkən belə dedi.



Sumqayıtda 35 "Sülh korpusu" könüllüsünün andiçmə mərasimində çıxış edən ABŞ səfiri Ruslan Bəşirliylə bağlı ancaq rəsmi məlumatlara malik olduğunu söylədi. Və bildirdi ki, məsələni müzakirə etmək üçün prezident İlham Əliyevlə görüşəcəyinə dair məlumatlar həqiqəti əks etdirmir.



Qarşıdakı parlament seçkilərinə toxunan cənab Harniş dedi ki, Amerikada bu seçkinin demokratik keçəcəyinə ümid edirlər. Səfir seçkidə ABŞ-ın konkret qüvvələri müdafiə etmədiyini də söylədi:



«Biz bütövlükdə Azərbaycanda demokratik seçki keçirilməsinə tərəfdarıq. Söz, mətbuat və azad toplaşma hüquqlarının bərqərar olmasını arzu edirik».



Səfir onu da bildirdi ki, Amerika Azərbaycanın Qafqazın demokratiya modelinə çevrilməsini arzulayır: "Bizim burda ən böyük marağımız demokratiyanın qələbəsi olacaq".



Səfir Harniş iqtidar-müxalifət dialoqunun baş tutmamasına görə çox təssüfləndiyini dedi. Onun fikrincə, iqtidarla müxalifətin müzakirəyə çıxarması üçün çoxlu sayda məsələlər var. Və dialoq baş tutsa, bu, seçkinin demokratik keçməsinə müsbət təsir edərdi.



Özbəkistandakı ABŞ bazalarının Azərbaycana yerləşdiriləcəyi haqda son günlər yayılan xəbərlər haqda səfir «Amerikanın belə bir fikri yoxdur» dedi. Onu da əlavə etdi ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ABŞ-a səfəri zamanı keçirdiyi görüşlərdə bu məsələ müzakirə edilməyib.



Səfirin deməsinə görə, Məmmədyarov-Kondaliza Rays görüşündə Azərbaycanda demokratiyanın inkişafı və terrorizmə qarşı mübarizə ətraflı müzakirə edilib.
XS
SM
MD
LG