Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:52
Rubrikalar

Avqustun 12-də milli futbol çempionatına start verilir


Səs: Real audio
Asəf Quliyev: «Yaranmış qarşıdurmada bir neçə partiya üzvü bədən xəsarəti alıb» - İsveçdə keçirilən şahmat üzrə 15-ci Avropa birinciliyində Ukrayna ilə Azərbaycan şahmatçıları arasında görüşdə yalnız Şəhriyar Məmmədyarov qalib gəlib, qalan üç nəfər Azərbaycan şahmatçısı oyunu heç-heçə başa vurub. Bu barədə Azərbaycan yığma komandasının baş məşqçisi Fikrət Sideifzadə deyib.



- Avqustun 5-də Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında milli çempionatın başlanması ilə bağlı püşkatma olub. Federasiyanın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlunun dediyinə görə, oyunlar avqustun 12-dən 14-ə qədər keçiriləcək. “Gəncə” komandası “İnter”i, “MTK-Araz” “MOİK”-i, “Gənclər Birliyi” “Göyəzən”i, “Turan” “Qarabağ”ı, “Neftçi” “Şahdağ-Samur”u, “AMMK” “Xəzər-Lənkəran”ı, “Bakı” isə “Kavan”ı qəbul edəcək.



Mikayıl Nərimanoğlunun sözlərinə görə, oktyabrın 18-də – Müstəqillik günündə Superkubok oyunu keçiriləcək. "Neftçi" ilə "Bakı" komandaları arasında olacaq həmin oyun neytral ərazi kimi Naxçıvan Muxtar Respublikasında keçiriləcək.



- Gənclər, İdman və Turizm Nazirliyi mətbuat xidmətinin rəhbəri Raqif Abbasovun “Azadlıq” radiosuna verdiyi məlumata görə, Azərbaycanın gənc boksçuları bu gündən Avropa çempionatına qatılıblar. Tallində keçirilən birincilikdə 11 Azərbaycan boksçusundan 6-sı yarımfinala çıxıb.
XS
SM
MD
LG