Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:44

AXCP Naxçıvan təşkilatının hücuma məruz qaldığı bildirilir


Səs: Real audio
Asəf Quliyev: «Yaranmış qarşıdurmada bir neçə partiya üzvü bədən xəsarəti alıb» Avqustun 5-də AXCP-nin Naxçıvan təşkilatına hücum olub. Bunu təşkilatın sədri Asəf Quliyev bildirir. Onun sözlərinə görə, qərargaha hücum edilib: «Onların bəzilərinin əllərində dəmir dəyənəklər vardı. Yaranmış qarşıdurmada bir neçə partiya üzvü bədən xəsarəti aldı».



Cənab Quliyev baş verənlərlə bağlı məhkəməyə müraciət edəcəklərini bildirir.



Avqustun 4-də isə polisər ADP-nin Naxçıvan təşkilatının sədri Nurəddin Bayramov və bir neçə fəalı saxlayıblar. Təxminən səkkiz saat muxtar respublika Daxili İşlər Nazirliyində saxlanan partiya üzvləri gecə saatlarında azad ediliblər.



«Azadlıq» seçki blokuna daxil olan partiyaların muxtar respublika təşkilatlarının yaydığı bəyanatda Naxçıvanda ictimai-siyasi vəziyyətin artıq kriminallaşdığı bildirlir.

Günün bütün mövzuları

XS
SM
MD
LG