Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:25
Rubrikalar

"Azərenerji" "Barmek"i borclu çıxardı


Səs: Real audio
ATƏT-in Bakı Ofisinin rəhbəri Maurissio Pavesi yenə təəssüf edir - "Azərenerji" Səhmdar Cəmiyyəti "Barmek"in ona hələ də borclu olduğunu bildirir.



"Azərenerji"nin prezidenti Etibar Pirverdiyev "Barmek" və "Bayva"nın üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmədiklərini deyir. Onun sözlərinə görə, bu yaxınlarda Nazirlər Kabinetinin bununla bağlı məsələyə baxacağı və açıqlama verəcəyi gözlənilir.



"Barmek Azərbaycan" şirkətinin mətbuat xidmətindən aldığımız məlumata görə isə, şirkət bütün öhdəliklərini yerinə yetirir və onların Azərbaycan hökuməti ilə problemləri yoxdur. Ötən il 366 milyon manat, bu ilin 6 ayı ərzində isə 132 milyon manat ödəyiblər. Mətbuat xidmətindən onu da bildirdilər ki, əgər hökumət bir qərar çıxararsa, "Barmek" vəziyyətə aydınlıq gətirəcək.



"Azərenerji"nin prezidenti Etibar Pirverdiyev hazırda ölkədə enerji istehsalının 1000 meqavatt azaldıldığını bildirir. Onun sözlərinə görə, yay aylarında bu miqdarda enerjiyə tələbat olmur.



- Milli Bankdan aldığımız məlumata görə, 1 dollar 4 677 manat, 1 rubl 164 manat, 1 avro isə 5 779 manatdır.
XS
SM
MD
LG