Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:41

Göygöldə «vəhşi turizm»in sonu


Səs: Real audio
Birləşmiş Ştatlar bu təcridxanalardan beynəlxalq terrorçuluqda ittiham etdiyi şəxsləri saxlamaq üçün istifadə edir Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi vəd edir. Turistlər isə «dədə-baba qaydasıyla istirahət etmələrinə» qadağa qoyulmasından narazıdırlar



Göygöl - dövlət qoruğu ərazisində yerləşsə də, indiyəcən turistlərin qoruğa girib istirahət etməsinə əngəl yaradılmırdı. Baxmayaraq ki, qanuna görə, təbiət qoruğuna ancaq elmi iş aparan mütəxəssislər buraxıla bilər. Amma bir neçə gün əvvəl qoruğun girəcəyinə şlaqbaum qoyulub və içəri maşın buraxılmır.



Məni Gəncə şəhərindən qoruğa aparan taksi sürücüsü Cabir gileylənir ki, Göygölün yolunu bağlamaq düzgün deyil (o, özü də hər il ailəsiylə birgə gölün sahilinə istirahətə gedir):



«Göygöl, Maralgöl bizim kimi "qara camaat"ın istirahət yeriydi. Bizim Antalyaya getməyə ömür boyu imkanımız çatmaz. Birtəhər çörəkpulu qazanıb ailəmizi saxlayırıq. Ayda-ildə bir dəfə bir qazan xörək götürüb arvad-uşağı Göygölə aparırdım ki, bir-iki gün dincəlsinlər, onlar da istirahətin nə olduğunu bilsinlər. Amma bunu da bizə çox gördülər…»



«Çıx üstünə «Niva» sür»



Dağlar qoynunda – dəniz səviyyəsindən 1500-2000 metr yüksəklikdə göllər… Bu unikal göllərin ən böyüyü Göygöl adlanır və qoruğa onun adı verilib. 1139-cu ildə burada baş verən güclü zəlzələ bir tərəfdən yaxınlıqdakı Gəncə şəhərini yerlə-yeksan etsə də, digər tərəfdən qeyri-adi bir təbiət mənzərəsinin yaranmasına səbəb olub. Zəlzələ zamanı Kəpəz dağının bir hissəsi uçaraq Ağsu çayının qarşısını kəsib və dağ meşələri arasında şirin sulu göllər əmələ gəlib.



Göygölün suyu göz yaşı kimi durudu, 10 metr dərinliyini görmək olur. Qışda Göygöl donur, yerli camaat demişkən, "çıx üstündə «Niva» sür". Elə indi - yayın cırhacırında da gölə doğru qalxan yoxuşda temperaturun tədricən necə düşdüyünü hiss edirsən. Göygölə çataçatda - 8 kilometrlik sərt yoxuşun sonunda hərarət təxminən 2 dəfə aşağı – 15 dərəcəyə düşür. Bir az təngənəfəs olursan və ağzından çıxan buğu görüb təəcüblənirsən…



«Milləti öz torpağına buraxmırlar»



Göygölün özü barədə söhbətimizin davamı olacaq. Hələliksə qoruğun girəcəyindəki mərəkədən danışım. Ekologiya Nazirliyinin müraciəti əsasında Müdafiə Nazirliyi bu günlərdə qoruğun girişində hərbi post yaradıb. Postdakı əsgərlər də narazı turistlərə içəri heç bir maşın buraxmamaq haqqında əmr aldıqlarını deyirlər.



Şlaqbaumun qabağında xeyli maşın var. Bunlar qoruğa girişin bağlanmasından bixəbər turistlərdir. Uşaqlı-böyüklü bir neçə saatdır gözləyirlər ki, bəlkə yol açıla. Mikroavtobuslardan birinə yaxınlaşıram. Üç ailədir, qohumdurlar, yığışıb Bakıdan gəliblər. Deyirlər ki, hökumət Göygölün yolunu bağlamamışdan əvvəl gərək televiziyada bu barədə elan verəydi. Miroavtobusun yanında isə ərzaq dolu zənbillər, karton qutular və… bir quzu var (bu quzu Göygöl sahilində kəsilməli və ətindən kabab çəkilməliydi). Həmsöhbətlərim hərbçilərdən və qoruq işçilərindən gileylənirlər:



«15 ildir biz bura gəlib dədə-baba qaydasıyla istirahət edirik. Bu nə təzə hoqqadı çıxardıblar? Niyə milləti öz torpağına buraxmırlar? Bura dövlət qoruğudur, biz də bu dövlətin vətəndaşları, niyə bizi içəri buraxmamalıdırlar?»



«Ağacları, qayaları yazma»



Qoruq işçiləri isə əksinə, turistlərdən gileylənirlər. Qoruqda az qala hər addımbaşı ağaclardan asılmış belə lövhələrə rast gəlmək olar: «Ocaq qalama», «Ağacları, qayaları yazma», «Məhəmməd peyğəmbər lənətləmiş ağac kəsəni»…



İndi Göygölün sahilində təmizlik işləri gedir. Qoruğun elmi işçisi Zaur Məmmədov deyir ki, onlar son günlər ərzində
XS
SM
MD
LG