Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:50

«Azərbaycanda ABŞ həbsxanaları...»


Səs: Real audio
Birləşmiş Ştatlar bu təcridxanalardan beynəlxalq terrorçuluqda ittiham etdiyi şəxsləri saxlamaq üçün istifadə edir «Ayna» qəzetindəki «Azərbaycanda ABŞ həbsxanaları...» başlıqlı məqalədə Xəqani Məmmədov yazır ki, Birləşmiş Ştatlar Azərbaycandakı təcridxanalardan beynəlxalq terrorçuluqda ittiham etdiyi şəxsləri saxlamaq üçün istifadə edir. Məqalədə bildirilir ki, ABŞ Quantanamo və Əbu-Qreybdən başqa üçüncü ölkələrin ərazilərində belə həbsxanalar saxlayır. Hüquq müdafiəçiləri bildirirlər ki, bu həbsxanalarda saxlananlar işgəncələrə məruz qalırlar. Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi özünün təcridxanalarında ABŞ xüsusi xidmət orqanları əməkdaşlarının adıçəkilən məhbusları dindirməsi üçün xüsusi icazə verib. Dövlət əleyhinə sui-qəsddə ittiham olunaraq yarım il bu təcridxanada saxlanan dissident Eldar Orucov bildirir ki, orda 120 kamera var. Kameralar iki, dörd və beş yerlikdir.



«Bakı-Xəbər» qəzetindəki «Seçki komissiyalarının tərkibinin dəyişdirilməsi niyə arxa plana keçib?» başlıqlı məqalədə Elşad Məmmədov yazır ki, ölkədə demokratik seçki keçirmək istəyən qüvvələr seçki komissiyalarının tərkibinin paritet əsaslarla formalaşdırılmasında yetərincə təkid etmirlər. Hazırda demək olar ki, hamının başı namizədlərin irəli sürülməsinə, imza vərəqələrinin doldurulmasına qarışıb. Müəllif hesab edir ki, bu istiqamətdə sona qədər mübarizə aparılsaydı, demokratik inqilaba dəstək verilməsi üçün ən tutarlı fakt olardı.



«Yeni Azərbaycan» qəzetindəki «Vaşinqton Azərbaycanın ərazi bütövlüyünü əsas şərt sayır» başlıqlı məqalədə Fəxri Kərimli yazır ki, artıq ABŞ Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aktiv fəaliyyətə başlayıb. Məqalədə bildirilir ki, indi nəzərlər Azərbaycan və Ermənistan prezidentlərinin Kazan görüşünə dikilib. Bəzi xarici ekspertlərin bu görüşə optimist münasibət bəsləməsi onu deməyə əsas verir ki, həm ABŞ, həm də Minsk Qrupunun üzvü olan digər dövlətlər münaqişənin həllində maraqlıdırlar. Müəllif yazır ki, Azərbaycanın Xarici İşlər nazirinin ABŞ-ın dövlət katibi ilə son görüşü də bunu deməyə əsas verir.

Günün bütün mövzuları

XS
SM
MD
LG