Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:36
Rubrikalar

Deputatla seçici arasında qarşılıqlı münasibət


Səs: Real audio
Ruslan Bəşirli haqqında cinayət işi açılıb Qonaqlar:



- Yeni Azərbaycan partiyasından millət vəkili Rizvan Cəbiyev;



- Xalq Cəbhəsi partiyasından millət vəkili Nizami Quliyev



Rahib Azəri: Deputatların öz seçiciləri ilə daim əlaqə saxlaması, onların problemlərini həll etməsi təcrübəsinə Azərbaycan reallığında rast gəlmək olarmı?



Rizvan Cəbiyev: Deputat elə onun üçündür ki, seçici ilə əlaqə saxlasın. Deputatın parlamentdə fəaliyyət istiqamətlərindən biri əgər qanunvericilik təşəbbüsü və yaradıcılığıdırsa, digəri də ona səsverən insanların problemləri ilə maraqlanmaq, onların mərkəz Bakıda, hakimiyyət dairələrində vəkili rolunu oynamaq, onların hüquqlarının müdafiəçisi olmaqdır.



Mən iki çağırışda Milli Məclisin deputadıyam və bu iki çağırışda mənə müraciət edənlərin ümumi sayı bəlkə də yüzlərlədir. Çalışıram ki, bu insanların hər birinə fərdi yanaşım və imkan daxilində onların dərd-sərlərinə kömək edim. Seçicilər nədən şikayət edir? Bu, çoxşaxəli bir spektrdir: ən adi hüquqlarının pozulmasından tutmuş müəyyən ədalətsizliklə bağlı, bürokratik əngəlləri keçə bilməmək, imkansızlıq ucundan müalicə almamaq və s.



Mənə bir qadın ağlaya-ağlaya müraciət etdi, onun həyat yoldaşının gözləri tutulmuşdu. Həkimə müraciət etmişdilər, həkim də deyib ki, mən onu müalicə edə bilmərəm. 3 min dollar qiyməti var, gedin Odessada müalicə etdirin. Mənə müraciət etdilər, mən o xəstəxananın baş həkiminin yanına getdim və tələb etdim ki, konsilium çağırsınlar. Əgər o xəstəni burada müalicə etmək mümkündürsə, gərək o həkim öz peşəsi ilə vidalaşsın. Baş həkim həmin göz həkimini çağırdı və o, etiraf etdi ki, onu burada müalicə etmək mümkündür. Bir qəpiksiz.



Mən bir vəkil kimi yox, bir insan, bir ağsaqqal kimi və parlament tərəfindən xalqın mandatı verilmiş bir insan kimi bu məsələyə müdaxilə etdim və onu yoluna qoydum.



Nizami Quliyev: Azərbaycanda parlamentin statusu imkan vermir ki, seçicilərin kardinal problemlərini həll etmək mümkün olsun. Parlament institutu bizdə formalaşdığı gündən bugünədək demək olar ki, qanun yaradıcılığı ilə məşğul olub. Heç vaxt imkan verilməyib ki, xalqın iradəsini orada ifadə edəsən, problemlərini parlament səvyyəsində qaldıra biləsən... Parlamentdə hər həftə yarım saat vaxt ayrılır ki, bir deputat cari məsələlərlə bağlı 3 dəqiqə çıxış etsin. Birinci onluğa hansı deputat düşdü, o, da problemi qaldıra bilir. Bəzən də problem elə qlobal olur ki, heç 3 dəqiqəyə çatdırmaq olmur.



O ki qaldı müəyyən sorğularla müvafiq orqanlara, strukturlara müraciət olunmasına, mən deyərdim ki, onların böyük əksəriyyəti öz həllini tapmır. Yalnız xırda problemlər var ki, o, rayon səviyyəsində, icra hakimiyyəti səviyyəsində həll olunur. Millət vəkilləri yalnız o problemləri həll edə bilirlər. Ancaq insanların kardinal [əsas] qayğısını, problemlərini həll etmək imkanları olduqca məhduddur.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG