Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:24
Rubrikalar

«Nə? Harada? Nə vaxt?» yenə Bakıdadır


Səs: Real audio
Doqquz nəfər 2 ildən 8 ilə qədər azadlıqdan məhrum edilib - Almaniyada şahmatçıların komandalardan ibarət 15-ci Avropa birinciliyi davam edir. 4 tura qədər uğurlu oyunları ilə yadda qalan Azərbaycan şahmatçıları 5-ci turda İsrail komandasına 3.5:0.5 xal hesabı ilə məğlub olub.



Azərbaycan yığmasının baş məşqçsi Fikrət Sideifzadə deyir ki, İsrail komandasına böyük hesabla məğlubiyyət ondan ötrü gözlənilməz olub.

Fikrət Sideifzadə qeyd edir ki, gənc şahmatçılardan təşkil edilən Azərbaycan komandası 5 turdan sonra turnir cədvəlində 7-ci yerdə qərar tutur. Növbəti turda isə Azərbaycan şahmatçıları Ukrayna komandası ilə qarşılaşmalıdırlar.



- Polşada gənclərin sərbəst güləş üzrə Avropa birinciliyi başa çatıb. 74 kiloqram çəki dərəcəsində Azərbaycan güləşçisi Elnur Əliyev bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Azərbaycanın daha iki güləşçisi Cəlal Süleymanov və Fəqan Süleymanov isə 3-cü yerlə kifayətlənməli olublar.



Güləş Fedarasiyasının vitse-prezidenti Cavanşir Qurbanov deyir ki, bu yarışlarda Azərbaycanı cəmi 4 güləşçi təmsil edirdi. Onun sözlərinə görə, yunan-Roma güləşi üzrə Avropa birinciliyi isə avqustun 6-da start götürəcək. Həmin yarışlarda da Azərbaycanı eyni sayda güləşçi təmsil edəcək.



- Avqustun 12-dən 14-ə qədər Bakıda millətlərarası kubok uğrunda «Nə? Harada? Nə vaxt?» intellektual oyunu keçiriləcək. Bu barədə "Azadlıq" radiosuna Gənclər, İdman və Turizm Nazirliyi mətbuat xidmətinin rəhbəri Raqif Abbasov məlumat verib.



O deyir ki, bu yarışlara tək MDB-dən yox, o cümlədən bir sıra Avropa ölkələrindən və Birləşmiş Ştatlardan da iştirakçılar qatılacaqlar.
XS
SM
MD
LG