Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:15
Rubrikalar

Qazaxıstan BTC-yə oktyabrda qoşulacaq


Səs: Real audio
Doqquz nəfər 2 ildən 8 ilə qədər azadlıqdan məhrum edilib - Qazaxıstan Bakı-Tbilisi-Ceyhan neft kəmərinə qoşulmaq haqda müqaviləni bu ilin oktyabrında imzalayacaq.



Məlumatı Qazaxıstanın energetika və təbii ehtiyatlar naziri Vladimir Şkolnikə istinadən "Kazakhstan Today" agentliyi yayıb. Bu məqsədlə Qazaxıstanın Kurık limanında neft terminalı tikiləcək. İlk dövrdə il ərzində 7.5 milyon, sonra isə ildə 30 milyon ton neft ötürüləcək.



- "Azərenerji" Səhmdar Cəmiyyəti Avropa Yenidənqurma və İnkişaf Bankından 100 milyon dollar kredit almağı nəzərdə tutub. Vəsait "Azərbaycan" DRES-dəki səkkiz 300-meqavatlıq blokun yenidən qurulmasına sərf olunacaq. Blokların həm qəbii qaz, həm də maye yanacaqla işləyəcəyi gözlənilir.



- Prezident İlham Əliyev regionların inkişafı ilə bağlı proqrama əlavələrlə bağlı sərəncam imzalıyıb.



Sərəncama görə, Quba, Qusar, Xaçmaz, Siyəzən və Dəvəçi rayonlarında "Gənclər evləri" adlı sosial mərkəzlər yaradılacaq və turizm zonaları müəyyənləşdiriləcək; Quba rayonunun 2005-2006-cı illərdə qazla tam təmin olunması başa çatdırılacaq; Qusarda dairəvi qaz kəməri çəkiləcək, yol tikintisi üçün xüsusi maşınlar alınacaq və rayon elektriklə tam təmin olunacaq.



Proqrama görə, Xaçmazda 3 məktəb tikiləcək və Siyəzən rayon mərkəzi ilə birlikdə kanalizasiya xəttləri yenilənəcək. Bundan əlavə, Siyəzəndə kondensator və şərab zavodları işə salınacaq və "Qalaaltı" sanatoriyasının fəaliyyəti bərpa olunacaq.



- Milli Bankdan aldığımız məlumata görə, 1 dollar 4681 manat, 1 avro 5770 manat, 1 rubl isə 163 manatdır.
XS
SM
MD
LG