Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:59

İçməli su standartlara cavab vermir


Səs: Real audio
Azərbaycan Su və Səhiyyə Protokoluna qoşulub Azərbaycanda içməli suyun təxminən 70 faizi standartlara cavab vermir. Bunu «Azadlıq» radiosuna Səhiyyə Nazirliyi Sanitar-Epidemioloji Nəzarət Şöbəsinin rəisi Viktor Qasımov dedi. O, fikrini əhalinin əsas içməli su mənbələri olan Kür və Araz çaylarının digər ölkələrin ərazisindən keçərkən çirklənməyə məruz qalması ilə izah edir.



Avqustun 4-də Su və Səhiyyə Protokolu qüvvəyə minir. Bu sənəd Azərbaycan da daxil olmaqla ən azı 16 ölkədə ratifikasiya olunub.



Cənab Qasımov deyir ki, Azərbaycanda suyla keçən xəstəliklərin sayının çox olması baxımından protokolun əhəmiyyəti böyükdür. O, həmin xəstəliklər arasında qarın yatalağının, kəskin bağırsaq infeksiyalarının olduğunu bildirir.



Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə direktoru Doktor Mark Danzon isə deyir ki, Su və Səhiyyəyə dair Protokol dünyada suyla bağlı xəstəliklərə qarşı ilk beynəlxalq razılaşmadır.



Sənədi ratifikasiya etmiş ölkələrdən tələb olunur ki, səhiyyə sistemlərini gücləndirsin, su ehtiyatlarına nəzarəti artırsın və içməli suyun keyfiyyətini yaxşılaşdırsınlar.



ÜST-ün məlumatına görə, ən çox bir yaşınadək uşaqlar keyfiyyətsiz içməli sudan yoluxucu xəstəliklərə tutulurlar. Nəticədə Avropada hər il 14 yaşınadək 13.000 uşaq ishaldan ölür. Bu hal daha çox Mərkəzi və Şərqi Avropa və Orta Asiyada qeydə alınır.
XS
SM
MD
LG