Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:16

"Quş qripi" Azərbaycan sərhədlərinə yaxınlaşır<p align=`left`><br><br>


Səs: Real audio
Azərbaycan - Rusiya sərhəddində gücləndirilmiş iş rejiminə keçilib Azərbaycan - Rusiya sərhəddində gücləndirilmiş iş rejiminə keçilib. Buna səbəb Dağıstanda «quş qripi» xəstəliyinin yayılma ehtimalıdır. Azərbaycana gətirilən bütün ərzaq məhsulları, xüsusilə də quş əti ciddi şəkildə yoxlanılır. Bunu «Azadlıq» radiosuna Samur keçid məntəqəsində fəaliyyət göstərən 13 saylı Baytarlıq Xidmətinin həkimi Adil Qoçubəyov deyib. Onun sözlərinə görə, Azərbaycanda «quş qripi»nin yayılmasının qarşının almaq üçün sərhəd keçid məntəqələrində zəruri olan bütün tədbirlər görülür: «Üç gündür bütün maşınları yoxlayır, quşu əti buraxılmasına imkan vermirik».



Cənab Qoçubəyov sahibkarlara ölkəyə quş əti gətirməmələri üçün müraciət edildiyini bildirir.



Dağıstanın Fövqəladə Hallar İdarəsindən məlumatı təsdiqlədilər. İdarənin növbətçi hissəsindən bildirildi ki, avqustda Dağıstanda «quş qripi» xəstəliyinin yayılması gözlənilir. Bununla bağlı əhaliyə müraciət olunub. Yaşayış məntəqələrində profilaktik tədbirlər həyata keçirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG