Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:27

BMT haqqında inşa müsabiqəsi keçirilir


Səs: Real audio
ABŞ-ın IREX şirkəti Azərbaycanın tezlik xəritəsi üzərində işləyir “Xəzər – Gələcək Naminə Tərəfdaşlıq" İctimai Birliyi gənclər arasında müsabiqə elan edib. Müsabiqədə iştirak etmək istəyənlər Birləşmiş Millətlər Təşkilatı – BMT-nin fəaliyyəti ilə bağlı inşa yazmalıdırlar.



“Xəzər – Gələcək Naminə Tərəfdaşlıq" İctimai Birliyinin eksperti Fərid Əliyev deyir ki, müsabiqəni təşkil etməkdə əsas məqsəd BMT-nin fəaliyyətini işıqlandırmaq və birgə proyektlərin təşkili istiqamətində yerli təcrübəni təkmilləşdirməkdir.



Konkret mövzulara gəlincə isə, əsas mövzular bunlardır: BMT-nin müasir dövrdə islahatları, reallıqlar və perspektivlər; BMT-nin 60 illik tarixi, təşkilatın məqsəd və vəzifələri; Müasir dövrdə BMT-nin qarşısında duran vəzifələr; BMT və Azərbaycan: mövcud vəziyyət və əlaqələrin möhkəmləndirilməsi perspektivləri.



Fərid Əliyevin sözlərinə görə, inşa 4 səhifədən artıq olmamalı, sadə dildə yazılmalıdır. Müəllifin ideya və təklifləri əsaslandırılmış və məntiqli olmalıdır. İnşalar Azərbaycan, rus və ya ingilis dilində yazıla bilər. Müsabiqədə iştirak etmək istəyənlər inşalarını avqustun 20-dək bu elektron ünvanına göndərməlidirlər: farid.aliyev@cpf-az.org



Qaliblər “Xəzər panoraması” ictimai-siyasi jurnalının redaksiya heyəti tərəfindən müəyyənləşdiriləcək.



"İnşaların qiymətləndirilməsi “Xəzər panoraması” jurnalının redaksiya heyəti tərəfindən aparılacaq və maraq kəsb edən yazılar “Xəzər panoraması”nın xüsusi buraxılışında dərc olunacaq".
XS
SM
MD
LG