Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:16

Yeni kabel televiziyası açıldı


Səs: Real audio
ABŞ-ın IREX şirkəti Azərbaycanın tezlik xəritəsi üzərində işləyir Azərbaycanda yeni kabel televiziyası işə başlayıb. Milli Telaradio Yayım Şurası azərbaycanlıların təsisçisi olduğu ‘Neptun” firmasına lisenziya verib.



Bu vaxtacan ölkədə rəsmi qaydada yalnız «B & B» kabel televiziyası fəaliyyət göstərib. Bu kanalın lisenziya müddəti daha altı il uzadılıb.



Milli Teleradio Yayım Şurasının sədri Nuşirəvan Məhərrəmli deyir ki, yeni kabel televiziyasının meydana çıxması bu sahədə rəqabət yaradacaq: «Kanalların sayı artacaq, xidmət daha ucuz başa gələcək. Ölkədə qeyri-rəsmi yayılan kabel televiziyaları da lisenziya almalı olacaqlar».



ABŞ-ın IREX şirkəti isə Azərbaycanın tezlik xəritəsi üzərində işləyir. Xəritənin payızda hazır olması gözlənilir.



Ötən ay Bakıda olmuş ATƏT-in Mətbuat Azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti tövsiyə etmişdi ki, tezlik xəritəsi mümkün qədər tez hazırlansın. Cənab Haraştinin tövsiyələrində daha sonra deyilirdi ki, qarşıdan gələn parlament seçkisini nəzərə alaraq lisenziya almağa çalışan yeni yayım şirkətlərinə ən azı hazırda açıq olan tezliklər müsabiqə yolu ilə təqdim olunmalıdır. O da bildirilirdi ki, bir neçə yayım şirkətinin bağlanması nəticəsində artıq müstəqil tezliklər əldə edilib, ancaq bunlardan hələlik istifadə olunmur.

Günün bütün mövzuları

XS
SM
MD
LG