Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:56
Rubrikalar

Şamaxıda avtomobil istehsal olunacaq


Səs: Real audio
Səbəb hələ də məntəqə komissiyalarının kompüterləşdirilməməsidir - Şamaxıda "Səməndər" avtomobili istehsal edəcək zavodun tikintisinə başlanılıb. Zavodu tikən "Star LTD" şirkətindən aldığımız məlumata görə, bu məqsədlə 20 milyon dollar vəsait sərf olunacaq və tikinti işləri bu ilin sonuna qədər yekunlaşacaq.



"Səməndər" avtomobili "Pegeout" şirkətinin texnologiyası ilə yığılacaq. Ehtiyat hissələri İrandan gətiriləcək. Zavod üçün avadanlıq isə Malayziyadan alınacaq. Gələn il 2 min avtomobil istehsal olunacağı gözlənilir.



Hazırda "Star LTD" şirkəti Şamaxıda digər bir zavod – məişət texnikası zavodunun tikintisini də başa çatmaq üzrədir. Bu ayın sonunda zavodda soyuducu, paltaryuyan maşın və kondisionerlərin istehsalına başlanacaq. Həmin zavodun tikintisinin 30 milyon dollara başa gələcəyi bildirilir.



- Bakı-Tbilisi-Ceyhan layihəsi üzrə xərclərin artacağı gözlənilir. "AzərTAc" agentliyinin məlumatına görə, bu ilin sonuna planlaşdırılan 1 milyard 214 milyon əvəzinə 1 milyard 388 milyon dollar sərf oluna bilər. Kəmərin qiymətinin bahalaşmasının bir neçə səbəbi var. Bunlar layihənin idarə olunması və podratçılara sərf olunan vəsaitin artması və neft yataqlarının istismarı üçün lazım olan material və xidmətlərin bahalaşmasıdır.



BTC kəmərinə "Azpertol" şirkətinin birləşdirilməsi üçün əlavə iş həcmi də qiymət artımına öz təsirini göstərib. Kəmərin neftlə doldurulması davam edir və açıqlanan son məlumatlara görə, Səngəçalda boruya vurulan neft Yevlax şəhərindəki hissəyə çatıb.



- Bakı-Supsa neft kəməri ilə xam neftin daşınması müvəqqəti dayandırılıb. "İnterfax-Azərbaycan" agentliyinin məlumatına görə, bu, bir neçə gün davam edəcək təmir işləri ilə əlaqədardır. Bu müddət ərzində çıxarılacaq "qara qızıl"ın Bakı-Novorossiysk kəməri ilə ixracı nəzərdə tutulur.



- Milli Bankdan aldığımız məlumata görə, 1 ABŞ dolları 4683 manat, 1 rus rublu 163 manat, 1 avro isə 5697 manatdır.
XS
SM
MD
LG