Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 07:10

Seçicilər İnternetlə səs verə bilməyəcəklər<p align=`left`><br><br>


Səs: Real audio
Səbəb hələ də məntəqə komissiyalarının kompüterləşdirilməməsidir Azərbaycanlı seçicilər parlament seçkisində İnternetlə səs verə bilməyəcəklər. Səbəb hələ də məntəqə komissiyalarının kompüterləşdirilməməsidir. Seçkilər İnformasiya Mərkəzinin rəhbəri İqbal Babayev belə deyir. O, yalnız dairə komissiyalarının kompüterlə təchiz olunduğunu və vahid şəbəkəyə qoşulduğunu bildirir: «Buna görə də məntəqə komissiyaları parlament seçkisində məlumatları dairə komissiyalarına ya telefonla, ya da yazılı şəkildə ötürməli olacaqlar».



Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin rəhbəri Osman Gündüz deyir ki, seçki saxtakarlığının qarşısını almaq üçün birinci növbədə kompüterləşdirilmə məntəqələrdən başlanmalıdır. Amma o bunu da əlavə edir ki, 5000 məntəqənin bilgisayarla təchizatı böyük vəsait tələb edir: «Görünür, bu üzdən də proses yubanır».



Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Telekommunikasiya və İş Departamentinin rəhbəri Əflatun Məmmədov isə seçkinin şəffaf keçirilməsini texniki baxımdan təmin etmək məqsədilə nazirlikdə komissiya yaradıldığını bildirir: «Komissiya rabitə şəbəkəsinin standartlara uyğunlaşdırılması, onun maneəsiz və qüsursuz işləməsini təmin edəcək».
XS
SM
MD
LG