Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:45
Rubrikalar

Beynəlxalq Güləş Assosiasiyasının prezidenti Bakıya gəlir


Səs: Real audio
Onlar «Azadlıq» blokunun rəhbərliyindən narazı olmadıqlarını bildirirlər - Avqustun 3-də AFFA-da növbəti ölkə çempionatının başlanmasıyla bağlı toplantı keçirilib. Toplantıda məlum olub ki, avqustun 12-də startı veriləcək ölkə çempionatında 14 komanda iştirak edəcək. Komandalar arasında püşkatma avqustun 5-də keçiriləcək. Builki çempionatda «Şəmkir» və «Karat» komandaları oynamayacaq.



- Şahmat üzrə Azərbaycan yığma komandası İsveçdə keçirilən Avropa çempionatında çıxışlarını davam etdirir. 38 ölkənin 40 komandasının iştirak etdiyi çempionatda Azərbaycan şahmatçıları uğur seriyasını davam etdirir. Komandanın baş məşqçisi Fikrət Sideifzadə:



«Komandanın 4 oyundan sonra 7 xalı var. Çox yaxşı başlanğıcdır. Artıq iki dəfədir komanda belə başlayır. Artıq təcrübələrini artırırlar. Bu yarışda yüksək yerlərdən birini gözləyirik. Amma qarşıda hələ Kurayna, Fransa, Almaniya kimi güclü rəqiblər də var».



Bu gün Azərbaycan yığması İsrail komandasına qarşı oynayır.



- İranda karatenin ƏKF növləri üzrə keçirilən beynəlxalq turnir sona çatıb. 12 ölkədən 100-ə yaxın idmançının iştirak etdiyi yarışda Azərbaycan 7 nəfərlə təmsil olunub. Karate Federasiyasından verilən məlumata görə, şəxsi yarışlarda Şahin Atamov (70 kq) və Pərviz Abdulkərimov (mütləq çəki) bürünc medal qazanıb.



- Avqustun 4-də Beynəlxalq Güləş Assosiasiyasının (FILA) prezidenti Rafael Martinetti Bakıya gəlir. Səfərin məqsədi 2007-ci ildə Bakıda keçiriləcək güləş üzrə növbəti dünya çempionatına hazırlığın vəziyyətiylə tanış olmaqdır.



- Avqustun 4-dən başlayaraq futbol üzrə Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandası təlim-məşq toplantılarına başlayır. İki gündən sonra onlar Gürcüstan yığması ilə yoldaşlıq görüşü keçirəcək.



- Norveç cüdoçuları Azərbaycanda təlim-məşq toplantısına başlayıb. Bundan əvvəl Kuba, Qazaxıstan, İran, Türkiyə və Gürcüstan idmançıları məşqləri Bakıda keçiblər. 2006-cı ildə isə Yaponiya cüdoçuları Bakıda məşqlərə başlayacaq.



- Avqustun 4-də Polşada yunan-Roma güləşi üzrə Avropa birinciliyinin startı verilir. Qitə birinciliyində Azərbaycan Ramin Kərimov (55 kq), Orxan Əliyev (66 kq), Elvin Abdullayev (74 kq) və İsrafil Tağıyevdən (84 kq) ibarət yığma komanda ilə təmsil olunacaq.
XS
SM
MD
LG