Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:04

Prezident mediada təhqiri dayandıra bilərmi?


Səs: Real audio
Qazın nəqlinin nə vaxt bərpa ediləcəyi məlum deyil Azərbaycanda rəqiblərə qarşı qarayaxma kampaniyasını dayandırmaq çağırışları artmaqdadır. Maraqlıdır ki, eyni şeylər Ermənistanda da baş verir, ancaq fərqli şəkildə.



Ermənistanın ədliyyə naziri David Arutunyanın indiki prezident Koçaryanın varisi ola biləcəyi ehtimalı üzə çıxan kimi onun homoseksualist olması barədə ictimaiyyət arasında fikirlər yayılmağa başlayıb.



Ermənistanın ultra-millətçi partiyalarından birinin lideri Armen Avetisyan mütəmadi olaraq deyirdi ki, onda hökumətdəki geylərin siyahısı var, Onlardan biri kimi də ədliyyə naziri David Arutunyanın adını çəkirdi.



Ancaq heç vaxt bunu qəzetlər yazmayıb və televiziyalar deməyib. Avetisyan həftədə bir dəfə mətbuat konfransı keçirib belə bəynatlar verirdi. Ancaq mətbuat konfransında olan media heç vaxt bunu təkrarlamayıb.



Keçək Azərbaycana. Mediada qarayaxma kampaniyasıyla bağlı son müraciətləri Nəcəf Nəcəfov Fondu və "Azerros" Rusiya Azərbaycanlıları Federal Mədəni Muxtariyyəti edib.



Nəcəf Nəcəfov Fondunun İlham Əliyevə ünvanladığı açıq məktubda deyilir ki, son zamanlar telekanallarda və mətbuatda baş alıb gedən biabırçılığa son qoymaq lazımdır.



“Dövlət başçısı kimi Siz bunu edə bilərsiniz. Bizdə əminlik var ki, iqtidar tərəfdən lazımi addım atılsa, əks tərəf də qarşılıqlı addımlar nümayiş etdirəcək,” – deyə müraciətdə bildirilir.



İyulun 21-də "Gülüstan" sarayında Azərbaycan mətbuatının 130 illiyinə həsr olunmuş mərasimdə "Viza" hüquq firmasının rəhbəri Aslan İsmayılovun "Lider" teleşirkətinin fəaliyyəti haqda tənqidi qeydinə cavab olaraq prezident İlham Əliyev bildirib ki, dövlət müstəqil telekanalların işinə qarışa bilməz.



"Turan" informasiya agentliyinin rəhbəri, Nəcəf Nəcəfov Fondunun təsisçilərindən olan Mehman Əliyevsə deyir ki, televiziyalar TV və radio haqqında qanunla tənzimlənir, onlara nəzarəti isə prezident tərəfindən yaradılmış Milli Teleradio Şurası həyata keçirir.



Mehman Əliyev hesab edir ki, qarayaxma kampaniyasının dayandırılması üçün siyasi iradə lazımdır, bunu da prezident göstərməlidir.



Hakim Yeni Azərbaycan partiyasından millət vəkili Aydın Mirzəzadə isə düşünmür ki, prezident mediada gedən "qara piar" kampaniyasını dayandıra bilər. Onun dediyinə görə, prezident öz səlahiyyətləri çərivəsində hərəkət edir. O, yalnız müxtəlif qurumlara, televiziylara müraciət edə bilər. Bu KİV-lərin prezidentin müraciətinə əməl edib-etməyəcəyi isə onların öz işidir. Aydın Mirzəzadə bu kampaniya üçün prezidentin məsuliyyət daşımadığını deyir.



Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli rəhbəri olduğu qurumu fəaliyyətsizlikdə qınayanlarla razılaşmır. O, Şuranın son vaxtlar fəaliyyətini genişləndirdiyini deyir. Ancaq telekanallarda gedən kampaniyanın qarşısını almaq üçün qanunla onlara hüquq verilmədiyini bildirir.



Cənab Məhərrəmli deyir ki, bir sıra xarici ölkələrdə teleradio şuralarının qanunu pozan telekanalların yayımını dayandırmaq hüququ var, onun rəhbərlik eydiyi qurum isə bu hüquqdan məhrumdur.



İyulun 28-də Mətbuat Şurasıyla Milli Teleradio Şurası KİV-lərə müraciət edib. Bu iki qurum media orqanlarını obyektiv olmağa, tərəfsiz informasiyalar yaymağa, təhqirlərdən çəkinməyə çağırırdı. Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası, partiya və ictimaiyyət nümayəndələri oxşar bəyanatlar verib.
XS
SM
MD
LG