Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:49

ABŞ konqresmeni məscidi "Cümə" icmasına qaytarmağa çağırır


Səs: Real audio
«Əks halda arzuedilməz olaylar baş verə bilər» ABŞ Konqresi Helsinki Komissiyasının həmsədri Kris Smit Azərbaycan hökumətini din azadlığına hörmət etməyə və İçərişəhərdəki "Cümə" məscidini eyni adlı icmanın üzvlərinə qaytarmağa çağırıb.



"Azadlıq" radiosuna verdiyi açıqlamada respublikaçı konqresmen bildirib ki, Azərbaycanın "Cümə" məscidi ilə bağlı tutduğu mövqe ATƏT prinsiplərinə ziddir.



Kris Smit deyib: "Biz Azərbaycan hökumətini ATƏT qarşısında din azadlığına dair götürdüyü öhdəliklərə hörmət etməyə, "Cümə" məscidini açmağa, dindarların məsciddə toplaşmasına icazə verməyə çağırırıq. Həmçinin, "Cümə" məscidinin imamı İlqar İbrahimoğlunun xarici səfərlərinə icazə verilməsini istəyirik".



Konqresmenin sözlərinə görə, bu məsələdə Bakının davranışı ATƏT qarşısındakı öhdəliklərin açıq şəkildə pozulmasından xəbər verir:



"Bu məsələdə Azərbaycan Helsinki Yekun Aktı və digər beynəlxalq sazişlərdən irəli gələn prinsiplərə qarşı gedir. Çox qəribədir ki, Dini İşlər üzrə Dövlət Komitəsi dini icmanın üzvlərinə yığışıb namaz qılmağa icazə vermir. Hökumət məscidin təmirə bağlandığını bildirmişdi. Lakin məlumdur ki, "Cümə" icması məscidin böyük hissəsini artıq təmir etmişdi".



Kris Smit ümid edir ki, Azərbaycan hökuməti ATƏT öhdəliklərinə əməl edəcək və dini icmanın məscidə qayıtmasına icazə verəcək.



Arıq bir ildən çoxdur ki, İçərişəhərdəki "Cümə" məscidi Bakı rəhbərliyi tərəfindən təmir adı ilə bağlanıb. Beynəlxalq qurumların və xarici hökumətlərin tənqidlərinə baxmayaraq, məscid dini icmaya qaytarılmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG