Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:14
Rubrikalar

"Gələcək parlament incəsənətin qeydinə qalmalıdır"


Səs: Real audio
«Əks halda arzuedilməz olaylar baş verə bilər» Bugünkü qonaqlarımız rejissorlardır – Ramiz HəsənoğluHüseynağa Atakişiyev. Ramiz müəllimi "Ac həriflər", "Topal Teymur", "Ordan-burdan", "Yaşıl eynəkli adam" televiziya tamaşalarından tanıyırsız. O, həm də "Sabah" Yaradıcılıq Emalatxanasının rəhbəridir.



İkinci qonağımızsa Gənclər Teatrının bədii rəhbəri və direktoru Hüseynağa Atakişiyevdir.



Ramiz Həsənoğlu seçkilərlə bağlı bir qədər təssüflə danışır: "Mən seçkilərdə həmişə iştirak edirəm. Amma son seçkilər məndə keçirilən seçkilərə bir qədər mövqeyimi soyuqladır. Çünki, mənim gözlədiklərim baş vermir. Ətrafda, tanıdığım adamlarla ünsiyyətdə, cəmiyyətdə bir şey görürəm, amma seçkinin nəticələrini başqa cür. Bu mənada bir az mən o seçkilərə artıq inanmıram".



Hüseynağa Atakişiyev həmkarının fikirlərini bölüşmür: "Yox, seçkilərdə hamının iştirakı vacibdir. Bu, vətəndaşlıq borcumuzdur. Necə alınır, o, bizdən asılı deyil".



Hər iki həmsöhbətimiz platformadan daha çox deputatlığa namizədin şəxsinə və onun fəaliyyətinə önəm verəcəklərini bildirirlər. Amma gələcək parlamentin incəsənətə diqqətli və qayğıkeş münasibət bəsləməsini istəyirlər.



Hüseynağa Atakişiyev: "On ildir hamı platforma ilə çıxış edir, on ildir heç bir şey olmur. Bunlar ümumi sözlərdir. Mən platformalarda konkretlik istərdim. Mən Qarabağ üstündə vuruşacam, mən təhsili düzəldəcəm, mən filan şey edəcəm – bunlar ümumi sözlərdir".



Ramiz Həsənoğlu: "Astronomiyada bir anlayış var: "qara dəlik". Orda qravitasiya qanunları tam əksinə işləyir. Bax, Azərbaycan elə bir mənəvi qara dəlikdir. Azərbaycanda insanlar bir cür fikirləşir, başqa cür danışır və tamam başqa cür hərəkət edir... Biz səsimizi kiməsə verəndə hər zaman baxırıq görək, o, hansı partiyaya mənsubdur. Amma mən baxacam, görüm bu platformanı bəyan edən adam kimdir, onun cəmiyyətdə indiyədək gördüyü işlər nədən ibarətdir. Yəni, o, özü haqqında necə rəy yarada bilib".



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG