Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:04

ABŞ informasiya mərkəzləri üçün 540 min dollar ayırıb


Səs: Real audio
«Əks halda arzuedilməz olaylar baş verə bilər» ABŞ Dövlət Departamenti Azərbaycana İnsan Haqları və Demokratiya layihəsi çərçivəsində 540 min dollar ayırıb. Vəsait Azərbaycanda informasiya mərkəzləri şəbəkəsinin yaradılmasına sərf olunacaq. Mərkəzlərin harada yaradılması isə yerli tələbatların qiymətləndirilməsi əsasında müəyyən ediləcək. Seçki Texnologiyaları İnstitutunun rəhbəri Şirzad Məmmədli belə mərkəzlərin yaradılmasının əhalinin informasiya tələbatının ödənilməsində vacib olduğunu deyir.



İnformasiya mərkəzləri əhaliyə müxtəlif hesabatlar təqdim edəcək, araşdırmalar aparacaq və təşkilatlarla əməkdaşlıq edəcək. Həmçinin əhalinin maarifləndirilməsi işi də həyata keçiriləcək.



ABŞ Dövlət Departamenti eyni məqsədli mərkəzləri Qırğızıstanda yaratmaq üçün 613 min dollar nəzərdə tutub. Layihə çərçivəsində ayrılan 44 milyon dollara yaxın vəsaitin bir milyonu da İranda insan haqlarının qorunmasına sərf olunacaq.
XS
SM
MD
LG