Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:30

«Pentaqonda Azərbaycanla bağlı qapalı görüş»


Səs: Real audio
«Əks halda arzuedilməz olaylar baş verə bilər» «Yeni Azərbaycan» qəzetindəki «Kıprıs türkü sözə yox, əmələ daha çox üstünlük verir» başlıqlı məqalədə Ağanisə Sultanova tanınmamış Şimali Kipr Türk Cumhuriyyətinin Xarici İşlər naziri Sərdar Denktaşla görüşündən bəhs edir. Cənab Denktaş deyir ki, azərbaycanlıların bu çətin anlarda birbaşa təyyarə reysi ilə Şimali Kiprə gəlmələri çox önəmli addımdır. Müəllif yazır ki, söhbət əsnasında Dağlıq Qarabağ münaqişəsinə də toxunulub. Cənab Denktaş bildirib ki, yunan tərəfi Azərbaycanı Dağlıq Qarabağla əlaqələr yaratmaqla hədələyir. «Onsuz da onlar həmin rejimlə çoxdan əlaqə qurub» deyən Sərdar Denktaş bildirir ki, Yunanıstan qeyri-rəsmi formada Dağlıq Qarabağa yardım da göndərir.



«Bakı - Xəbər» qəzetindəki «Azərbaycanda ABŞ bazaları olacaqmı?» başlıqlı məqalədə Malik Hüsüyev yazır ki, rəsmi Daşkəndin tələbindən sonra bu sual daha da aktuallaşıb. Məqalədə bildirilir ki, son zamanlar ABŞ-ın İraq və Özbəkistandan çıxması tələb edilir. İraqdan Birləşmiş Ştatların yaxın zamanlarda çıxacağı inandırıcı olmasa da, Özbəkistandakı hərbi bazasını boşaltması üçün altı ay vaxtı qalır. Müəllif yazır ki, belə bir şəraitdə ABŞ-ın yaxın regionda hərbi baza yaratmaq marağı daha da artır.



«Ayna» qəzetindəki «Pentaqonda Azərbaycanla bağlı qapalı görüş» başlıqlı məqalədə Cəsur Sümərinli yazır ki, avqustun 3-də Pentaqonda ABŞ-ın Müdafiə naziri Donald Ramsfeld, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Rusiya Silahlı Qüvvələri Baş Qərərgahının rəisi, ordu generalı Yuri Baluyevski arasında üçtərəfli danışıqlar başlamalıdır. Məlumatlara görə, danışıqlarda bir sıra məsələlərlə yanaşı, Orta Asiya və Cənubi Qafqazdakı vəziyyət də müzakirə obyekti olacaq. Əsas məqsəd qeyd edilən bölgələr üzrə Rusiya və Birləşmiş Ştatların fəaliyyət çərçivələrini müəyyənləşdirməkdir. Müəllif yazır ki, Qərb qaynaqları bildirirlər ki, Ramsfeld-Məmədyarov-Baluyevski görüşü Cənubi Qafqaz, xüsusilə, Azərbaycanla bağlı bir sıra qaranlıq məqamların aydınlaşdırılmasına səbəb ola bilər.
XS
SM
MD
LG