Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:02
Rubrikalar

Cənubi Kipr Azərbaycanı sanksiyalarla qorxudur


Səs: Real audio
«Əks halda arzuedilməz olaylar baş verə bilər» - Cənubi Kipr Bakı-Lefkoşa aviareysinin açılmasına cavab olaraq Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına qəbul olunmasına maneçilik törədəcək. Məlumatı ölkənin xarici işlər nazirinə istinadən "NCA" agentliyi yayıb.



Məlumata görə, nazir başqa sanksiyalardan da istifadə olunacağını deyb. O, Avropa Birliyinin Azərbaycanla bağlı qonşuluq siyasətinin qarşısını alacaqlarını bildirib.



- Senyabrın 7-də Azərbaycanda beynəlxalq mebel və interyer sərgisi keçiriləcək. "Iteca Caspian" şirkətinin mətbuat xidmətindən aldığımız məlumata görə, 10-a yaxın ölkənin şirkətləri sentyabrın 10-dək davam edəcək sərgidə iştirak etmək istəyini bildirib.



- Almaniya Azərbaycana 16 milyon avro vəsait ayıracaq. “Turan” agentliyinin məlumatına görə, vəsaitin 1 milyonu qrant, 5 milyonu isə kredit kimi ayrılacaq. Bu vəsait banklardakı əmanətlərin sığorta sisteminin yaradılmasına xərclənəcək.



Daha 10 milyon avro Gəncə və Şəkinin su təminatının yaxşılaşdırılmasına ayrılacaq. Kreditlər 40 il müddətinə 0.75 faizlə veriləcək. Azərbaycan borcunu kredit alınandan 10 il sonra ödəməyə başlayacaq.



- "Şahdəniz" qaz yatağında avqust ayında daha bir qiymətləndirmə quyusu qazılacaq. Sonuncu belə quyunun qazılması isə gələn ilin əvvəllərinə planlaşdırılır. "Şahdəniz"dən çıxarılacaq qaz Bakı-Tbilisi-Ərzurum kəməri ilə ixrac olunacaq.



- Səudiyyə kralı Fəhd vəfat edəndən dərhal sonra xam neftin qiyməti artıb. Bundan əlavə, İranın uranın zənginləşdirilməsi proqramını davam etdirəcəyi xəbəri də artıma öz təsirini göstərib. İndi 1 barrel xam neftin qiyməti 62 dollara yaxınlaşıb.



- Milli Bankdan aldığımız məlumata görə, 1 dollar 4 685, rubl isə 163 manatdır. Avro 17 manat bahalaşıb və indi 5 726 manatdır.
XS
SM
MD
LG