Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:51

Hacı Məmmədovun qohumunun məhkəməsi başlanıb


Səs: Real audio
«Əks halda arzuedilməz olaylar baş verə bilər» Avqustun 2-də Abşeron rayon Məhkəməsində Daxili İşlər Nazirliyinin keçmiş əməkdaşı Hacı Məmmədovun yaxın qohumu Xosrov Cavadovun məhkəmə prosesi başlanıb. O, qanunsuz silah saxlamaqda ittiham olunur. Təqsirləndirilən şəxsin vəkili Aydın Nəzərlinin «Azadlıq» radiosuna verdiyi məlumata görə, məhkəmədə cənab Cavadov özünü günahkar saymadığını deyib.



Xosrov Cavadov bu ilin martında həbs edilib. Ondan bir neçə gün əvvəlsə Daxili İşlər Nazirliyinin podpolkovniki Hacı Məmmədov həbs edilib. Cənab Məmmədov çoxsaylı qətl hadisələrində və adam oğurluqlarında ittiham olunur.



Xosrov Məmmədovun növbəti məhkəmə prosesi avqustun 11-də keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG