Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:52

Sabin Freyzer: «Avqustda Dağlıq Qarabağla bağlı razılaşma əldə olunması mümkündür»<p align=`left`><br><br>


Səs: Real audio
«Əks halda arzuedilməz olaylar baş verə bilər» Avqustun 26-da Kazanda Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşündə Dağlıq Qarabağ münaqişəsilə bağlı razılaşma əldə edilməsi mümkündür. Son bir ildə problemlə bağlı aparılan danışıqlar belə deməyə əsas verir.



Bunu «Azadlıq» radiosuna Beynəlxalq Böhran Qrupunun Qafqaz üzrə layihə direktoru Sabin Freyzer deyib. Ancaq xanım Freyzer əhaliyə danışıqlar barədə kifayət qədər məlumat verilmədiyini, bunun da narazılıq, mediada spekulyasiya yaratdığını deyir: «Mühüm olan budur ki, hər hansı razılığın əldə olunub-olunmamasından asılı olmayaraq Azərbaycan və Ermənistan hökumətləri əhaliyə aydın məlumat versinlər. Əks halda hər iki ölkənin əhalisi razılaşdırılan istənilən məsələyə mənfi yanaşacaq».



Beynəlxalq Böhran Qrupunun növbəti aylıq hesabatında isə deyilir ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfər zamanı sülh barədə nikbin danışıblar. Sənəddə bildirilir ki, mediada Qarabağda referendum məsələsi müzakirə olunur, Azərbaycan Xarici İşlər Nazirliyi isə bunu təkzib edir. Hesabatda qeyd olunur ki, Azərbaycanda ictimai fikir kəskin olaraq qalsa da, Ermənistanda nisbətən sakitlikdir.



Sənəddə o da vurğulanır ki, parlament seçkisi qabağı Azərbaycana beynəlxalq təzyiq artır, Amerika, Avropa Birliyi və ATƏT prosesin azad və ədalətli keçməsinin vacibliyi barədə bəyanatlar verir.
XS
SM
MD
LG