Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:20

«Kino çox qəliz və vacib məsələdir». Azərbaycan kinosunun 107 yaşı olur


Səs: Real audio
«Əks halda arzuedilməz olaylar baş verə bilər» «Ay camaat, bu kino ki var, bu, çox qəliz məsələdir. Həm qəlizdir, həm də ki vacib!»



Mərhum aktyor Səməndər Rzayev «Bəyin oğurlanması» filmində oynadığı Hidayət müəllim obrazıyla kinonun həm qəliz, həm də vacib olduğunu deyirdi.



Azərbaycan kinosunun 107 yaşının qeyd olunduğu bu gündə çoxları bu fikirlə razıdır. Üstəgəl, Azərbaycan kinosunun çətin günlər yaşadığını da deyirlər. Bu haqda az sonra. Ad günü olduğundan əvvəlcə bayram əhval-ruhiyyəsindən başlayaq.



107 – bu qocaman yaşın harda və necə keçirilməsiylə maraqlandım. Bakıdakı bir neçə kinoteatrdan soraqlaşandan sonra öyrəndim ki, «Nizami» adına kinoteatrda Azərbaycan kinosu həftəsi keçirilir. Afişanın yanında oturmuş kinoteatrın nəzarətçisi Yeganə Mikayılova özünün dediyi kimi, tamaşaçı yolu gözləyirdi. Gələn az idi.



«Baxmayaraq ki, göstərilən filmlər pulsuzdur, giriş azaddır, gələnlər çox azdır. Rasim Ocaqovun «Qətldən yeddi gün sonra», Tofiq Tağızadənin «O dünyadan salam», Mərahim Fərzəlibəyovun «Mənim ağ şəhərim», Hüseyn Mehdiyevin «Məkanın melodiyası», Rüstəm İbrahimbəyovun «Ailə» bədii filmləri göstərilir. Tamaşaçı azdır, yəqin maraqlanmırlar».



Kino həftəsinin sonuncu günü «Ailə» filmi göstərilirdi. Amma 70 nəfərlik zalda beş adam vardı.



Tamaşaçılardan biri – "Azərbaycan Telefilm" Yaradıcılıq Birliyinin əməkdaşı Tahir Əliyev rejissor olduğu üçün filmə baxdığını deyir.



«Mən özüm gənc rejissoram. Əlbəttə, bu filmlərə baxıb öyrənməliyəm ki, yaxşı şeyləri götürüm, gələcək filmlərimdə istifadə edim».



Bəs, gənc rejissor tamaşaçıların azlığından narahat deyil ki? Tahir Əliyevə səhnə deyəsən tanış idi, çünki, özünün də başına belə bir iş gəlib.



«Bakı zooparkı haqqında sənədli film çəkmişdim. Zalda cəmi beş nəfər vardı. Bu, Azərbaycan kinosunun taleyidir».



Azərbaycan kinosunun problemləri Kinematoqrafçılar İttifaqının bu günlərdə keçirilmiş pleniumunda da müzakirə olunub. Qərara alınıb ki, problemlərin müzakirəsi üçün dövlət proqramı qəbul olunmalıdır. Prezident İlham Əliyevə də bu məzmunda müraciət olunub.



Kinematoqrafçılar İttifaqının katibi Abbas Əliyev: «Bu gün Azərbaycanda kinonun varlığından nisbi danışmaq olar. Milli kino keçmişdə yaranmış ab-havanın üzərində hərəkət edir. Kinonun bu günü çox çətin vəziyyətdədir, gələcəyi prezidentin Kino İttifaqının müraciətinə verəcəyi reaksiyadan asılıdır. Kino İtiifaqının bu günlərdə keçirilən pleniumunda müzakirələr oldu. Prezidəntə müraciət qəbul edildi ki, problemləri birdəfəlik həll edəcək dövlət proqramı qəbul olunsun. Düşünürk ki, prezidentin reaksiyası olmadan həll olmaz. Gözləyirik, çünki, Azərbaycan kinosu ayrı-ayrı adamların çəkəcəyi filmlərdən asılı deyil. Böyük istehsal olmalıdır».



Əvvəllər kinoteatrlara əhali axın-axın gəlirdi. İndi filmlər pulsuz olsa da, tamaşaçı azdır. Azərbaycan kinoları göstərilən zalın bir neçə addımlığında tennis oynamağa gələnlər daha çox idi.



Onların bir neçəsindən yaxınlıqdakı qapını açıb Azərbaycan kinolarına baxıb-baxmadıqlarını soruşdum. Dedilər ki, yox, baxmamışıq. Tamaşaçılar yeni filmlərin çəkilməsini çox istəyirlər.



«Bəyin oğurlanması» filmində belə bir epizod da var: «Xeyir ola, ay Miriş? – Xeyirdir. Şəhərdən kino çıxardanlar gəlib. – Ağlamaladır, gülməli? – Hə, ağlamalı, axırda da evlənirlər».



Görəsən, indi necə, Miriş demişkən, indi şəhərdən kino çıxardanlar tez-tezmi gəlir, çəkiliş pavilyonları tez-tezmi qurulur?



Kinorejissor Rüfət Əsədov deyir ki, dövlət tərəfindən ildə iki film çəkildiyind
XS
SM
MD
LG