Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:06

Gənc tədqiqatçılara kömək


Səs: Real audio
«Əks halda arzuedilməz olaylar baş verə bilər» İstənilən elm sahəsi üzrə tədqiqatla məşğul olan gənclərin üzünə Respublika Gənc Tədqiqatçılar və Aspirantlar Cəmiyyətinin qapıları açıqdır. Cəmiyyətin prezidenti İbrahim Zeynalov deyir ki, əsas məqsəd gənc tədqiqatçılara elmi istiqamətlər verməkdir.



- Bu cəmiyyət aspirantlara, gənc tədqiqatçılara kömək məqsədilə yaradılıb. Əsas kömək onlara elmi istiqamətlər vermək, onların hansı kitabxanalara, mənbələrə, arxivlərə müraciət etməsini müəyyənləşdirməkdən ibarətdir.



İbrahim Zeynalovun sözlərinə görə, cəmiyyət həm də gənc tədqiqatçılara elmi məqalələrini dərc etdirməkdə də kömək edir.



- Cəmiyyət ildə bir dəfə konfrans keçirir. Bu konfransda gənc tədqiqatçıların, aspirantların məruzələri dinlənilir, həmin məruzələrin 1-2 səhifəlik tezisləri dərc olunur.



Respublika Gənc Tədqiqatçılar və Aspirantlar Cəmiyyətinə üzv olmaq istəyənlər ərizə yazıb üzvlük bileti almalıdırlar. Bundan sonra gənc tədqiqatçılar cəmiyyətin yerləşdiyi "Renesans" Elm İstehsalat Mərkəzinin kitabxanasından və kompüter sistemindən də istifadə edə bilərlər.
XS
SM
MD
LG