Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:02
Rubrikalar

Neftin qiyməti 61 dolları keçdi


Səs: Real audio
«Əks halda arzuedilməz olaylar baş verə bilər» - İran Azərbaycan və Ermənistanla sərhəddə bölgənin ən böyük azad iqtisadi zonasını tikəcək. "Iran Daily" qəzetinin yaydığı məlumata görə, bu həftə zonanın tikintisinə başlanılacaq.



Azad iqtisadi və ticarət zonası Azərbaycan və Ermənistan bazarına daha aktiv daxil olmaq və İranı MDB ölkələri üçün ucuz mal bazarına çevirmək məqsədi güdür.



- Beynəlxalq Valyuta Fondu son 10 ildə Azərbaycanda idarəçilik və biznes mühitin çox az dəyişdiyini bildirir. Fondun icraiyyə komitəsinin Azərbaycanla bağlı məruzəsində o da deyilir ki, Azərbaycan iqtisadiyyatının başlıca problemləri uzunmüddətli perspektivdə həll olunmalıdır. Bunlar qeyri-neft sahələrinin inkişafı, makroiqtisadi sabitliyin qorunması ilə yanaşı yoxsulluğun aradan qaldırılmasıdır.



- Dünya bazarlarında neftin qiyməti 61 dollardan yuxarı oldu. "Associated Press" agentliyinin məlumatına görə, İranın uranın zənginləşdirilməsi proqramından əl çəkməyəcəyi haqda bəyanatından sonra xam neftin hər barrelinin qiyməti 61 dolları keçib. İran neft ixracatçıları təşkilatı – OPEC-in 2-ci böyük ixracatçı ölkəsidir.



- Milli Bankdan aldığımız məlumata görə, 1 dollar 4687 manat, 1 rubl 163 manat, 1 avro isə 5709 manatdır.
XS
SM
MD
LG