Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:25
Rubrikalar

Qadın voleybolçular Avropa çempionatına hazırlaşırlar


Səs: Real audio
Onlar ömürlük həbs cəzasının dəyişdirilməsini tələb edirlər - İyulun 26-dan 31-nə qədər Qubadakı Olimpiya İdman Kompleksində davam edən qadın voleybolçular arasında Dünya kuboku yarışının «Qran-pri» turniri Azərbaycan yığmasının birinciliyi ilə başa çatdı. İkinci yeri Rusiya, üçüncü yeri isə Polşa yığması qazandı. Bu üç komanda Dünya kubokunun İtaliyada keçiriləcək final mərhələsinə vəsiqə qazandı.



Voleybol Federasiyasının əməkdaşı Zöhrab Gözəlbəylinin verdiyi məlumata görə, Azərbaycan yığması bundan sonra sentyabrda keçiriləcək Avropa çempionatının final mərhələsinə hazırlaşacaq.



- Avqustun 2-də Polşada sərbəst və yunan-Roma güləşi üzrə gənclərin Avropa birinciliyi start götürür. Azərbaycan turnirdə 8 idmançı ilə təmsil olunur. Sərbəst güləş yarışlarında Ceyhun Əliyev (50 kq), Cəlal Süleymanov (55 kq), Xaqan Süleymanov (66 kq) və Elnur Əliyev (74 kq), yunan-Roma güləşi yarışlarında isə Ramin Kərimov (55 kq), Orxan Əliyev (66 kq), Elvin Abdullayev (74 kq) və İsrafil Tağıyev (84 kq) təmsil olunacaq.



- Azərbaycanın şahmat üzrə yığma komandası İsveçdə keçirilən Avropa çempionatındakı çıxışlarına başlayıb. Şahmat Federasiyasından verilən məlumata görə, Azərbaycan şahmatçıları İslandiya komandasına qalib gəlib, Rusiya yığması ilə heç-heçə oynayıb.



Çempionat avqustun 6-dək davam edəcək.



- Sentyabrın 7-də Bakıda futbol üzrə dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Azərbaycan yığması Avstriya komandasını qəbul edəcək. Artıq matçı idarə edəcək hakimlər qrupu müəyyən olunub. Bu, belçikalı hakimlər briqadasıdır.



Azərbaycan və Avstriya yığma komandaları arasında Vyanada keçirilmiş ilk görüş 2:0 hesabı ilə Avstriya yığmasının qələbəsiylə başa çatmışdı.
XS
SM
MD
LG