Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:45

«Azadlıq Versiya» jurnalını satanlar polis bölməsinə aparılıblar


Səs: Real audio
Lalə Şövkət Hacıyeva əhalini siyasi aktivliyə çağırır Avqustun 1-də polis «Azadlıq Versiya» jurnalını satan üç nəfəri saxlayıb. Nəşrin bir neçə sayı alınıb, səyyar satıcılar isə Səbayel rayon 39-cu Polis Bölməsinə aparılıblar.



Məlumatı «Azadlıq» qəzetinin baş redaktor müavini Rövşən Hacıyev verib.

Onun sözlərinə görə, hadisənin baş verməsinə səbəb jurnalın sonuncu buraxılışında prezident İlham Əliyevlə bağlı kollaj çap etmələri olub.



Səbayel rayon 39-cu Polis Bölməsinin növbətçisi Arif Hüseynov isə bildirdi ki, saxlanan şəxslər artıq azad olunublar: «Amma baş verənlərlə bağlı protokol tərtib edilib».



«Azadlıq Versiya» jurnalı bu il iyulun 4-dən nəşr olunur. Nəşrdə hakimiyyətə qarşı tənqidi məqalələr çap olunur.
XS
SM
MD
LG