Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:00

Ana Vətən Partiyası seçkidə 30 namizədlə iştirak edəcək


Səs: Real audio
Lalə Şövkət Hacıyeva əhalini siyasi aktivliyə çağırır Ana Vətən Partiyası (AVP) parlament seçkisində 30 namizədlə iştirak edəcək. Onların əksəriyyəti gənclərdir. Partiya sədri Fəzail Ağamalının sözlərinə görə, siyahının kiçikliyi maliyyə resurslarının yetərincə olmaması ilə bağlıdır: «Heç bir seçki blokuna qoşulmayan partiyanın rəqibi müxalifət blokları, müttəfiqi isə hakim Yeni Azərbaycan Partiyasıdır». Cənab Ağamalı deyir ki, müttəfiq partiyanın namizədləri olan dairələrdə AVP üzvləri rəqib kimi davranmayacaqlar.
XS
SM
MD
LG