Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:03

Sabirabadda "Azadlıq" blokunun mitinqinin qarşısı alınıb


Səs: Real audio
Lalə Şövkət Hacıyeva əhalini siyasi aktivliyə çağırır Müsavat, Xalq Cəbhəsi və Demokrat partiyalarının daxil olduğu «Azadlıq» bloku iyulun 31-də Sabirabad rayonunda mitinq keçirməyə cəhd etsə də, hüquq-mühafizə orqanları buna imkan verməyiblər.



Xalq Cəbhəsi partiyasının mətbuat xidmətindən İsaq Əvəzoğlu deyir ki, icra hakimiyyəti əvvəlcə onların Xalq Cəbhəsi partiyasının Sabirabaddakı qərargahı qarşısında mitinq keçirməsinə icazə versə də, sonradan bu icazəni ləğv edib.



İsaq Əvəzoğlu bildirir ki, buna baxmayaraq «Azadlıq» bloku mitinqin keçirilməsində israrlı olub, lakin yerli polis, daxili qoşun hissələri və mülki geyimli şəxslərin müdaxiləsi ilə aksiya dağıdılıb, 30-a yaxın şəxs həbs edilib. Xalq Cəbhəsi partiyasının fəalı, Sabirabaddan deputat olmaq istəyən jurnalist Xaliq Bahadır döyülüb.



Sabirabad rayon Polis Şöbəsinin rəis müavini Rizvan Quliyevsə deyir ki, müxalifətçilərin mitinq keçirməsi üçün şəhər stadionunda yer ayrılsa da, onlar bunu qəbul etməyiblər və aksiya icazəsiz yerdə keçirildiyi üçün qarşısı alınıb.



Rəis müavini 30-a yaxın yox, 13 nəfərin saxlandığını və onların işinin məhkəməyə göndərildiyi dedi. O, AXCP fəalı Xaliq Bahadırın döyülməsi barədə məlumatı da təsdiq etmədi.



Bir gün əvvəl, iyulun 30-da «Azadlıq» blokunun Zaqatala, Gəncə, Saatlı və Biləsuvardakı yerli təşkilatları da azad və ədalətli seçki tələbi ilə mitinq keçiriblər.



Müsavat partiyasından verilən məlumata görə, Tovuzda aksiyanın keçirilməsinə icazə verilmədiyi üçün polislə mitinqçilər arasında qarşıdurma baş verib. AXCP rayon təşkilatının sədri Musa Qəmbərli, AXCP Ali Məclisinin üzvü Fədai Qaraxanlı, Müsavat partiyası Yuxarı Öysüzlü kənd özəyinin sədri Mahmud Məmmədov və başqa bir sıra şəxslərin rayon Polis Şöbəsinə aparılıb, bir neçə saat saxlanandan sonra buraxıldığı bildirilir.



Tutulub buraxılanlar arasında həmçinin «Azadlıq» qəzetinin müxbiri Elçin Rüstəmovun da olduğu söylənilir.



Zaqatala, Gəncə, Saatlı və Biləsuvarda isə aksiyalar dinc şəraitdə keçib.

Günün bütün mövzuları

XS
SM
MD
LG