Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:28
Rubrikalar

Rusiyanın Qafqazın energetika sistemində iştirakı: biznes, yoxsa siyasət?


Səs: Real audio
Lalə Şövkət Hacıyeva əhalini siyasi aktivliyə çağırır Söhbət Rusiyanın Qafqazın energetika həyatında iştirakından gedir. Bu nədir? Biznes, yoxsa siyasət?



Qonaqlar:



- Bakıdan "Zerkalo" qəzetinin iqtisadiyyat şöbəsinin müdiri Fuad Əlizadə;



- Gürcüstandan "İmedi" telekanalının şərhçisi, iqtisadi ekspert Rezo Saqevarişvili;



- Yerevandan Ermənistan parlamentinin keçmiş üzvü Taron Saakyan.



Rezo Saqevarişvili hesab edir ki, bu, tədricən siyasətə çevrilən biznesdir. "Rusiyayla Gürcüstanın fikir ayrılıqları çoxdur. Ona görə də tərəflərdən biri həmişə çalışır ki, o birisinə təsir vasitəsi olsun. Bu gün Gürcüstanda elektrik istehsalının 40-45 faizi Rusiyanın energetika nəhəngi "RAO YeES"in əlindədir".



Fuad Əlizadə isə Azərbaycanın buna oxşar problemlərlə üzləşmədiyini deyir: ""RAO YeES"in Azərbaycanda aktvləri yoxdur. Bunun siyasət, yoxsa iqtisadiyyat olduğuna gəlincə, bizdə bu, sırf iqtisadiyyatdır. Və əgər Azərbaycanla "RAO YeES" arasında fəal əməkdaşlıq qurulsa, bu, daha çox İran bazarı ilə bağlı olacaq. "RAO YeES" Azərbaycan vasitəsilə həmin bazara fəal daxil olmaq niyyətindədir. Ona görə də indiki halda söhbət Rusiyayla yalnız iqtisadi əməkdaşlıqdan gedir. Bu kampaniyada hər hansı bir siyasi təzyiq yoxdur".



Ermənistan Birləşmiş Energetika Şirkətinin də "RAO YeES" tərəfindən 99 il müddətinə alınması haqda xəbərlər gəzir.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG