Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:26

Liberal partiya və Milli Birlik Hərəkatı mitinq keçirdi


Səs: Real audio
Lalə Şövkət Hacıyeva əhalini siyasi aktivliyə çağırır İyulun 30-da Liberal Partiya və Milli Birlik Hərəkatı Dövlət Film Fondunun (keçmiş «Qələbə» kinoteatrı) qarşısında mitinq keçirdi. Aksiyaya fərdi şəkildə «Azadlıq» seçki blokuna daxil olan partiyaların və «Amal» Ziyalılar Hərəkatının üzvləri də qatılmışdılar.



Mitinq iştirakçıları «Seçki komissiyaları yenidən təşkil olunsun!», «Siyasi mühacirlərin ölkəyə qayıdışına şərait yaradılsın!», «İqtidaryönlü mətbuat vasitələrində müxalifətə qarşı aparılan kampaniyaya son qoyulsun!», «Elmar Hüseynovun qətlinin sifarişçiləri və icraçıları tapılsın!» və başqa bir sıra şüarlar qaldırmışdılar.



Mitinqdə çıxış edən Milli Birlik Hərəkatının rəhbəri Lalə Şövkət Hacıyeva əhalini siyasi aktivliyə çağırdı: «Təkcə siyasətçilərdən nəyisə dəyişməyi tələb etmək olmaz». Onun sözlərinə görə, cəmiyyətdə xof var, insanlar mitinqə çıxmağa qorxurlar. «Ancaq ümid edirik ki, parlament seçkisinə kimi situasiya dəyişəcək» - deyə, o vurğuladı.



«Amal» Ziyalılar Hərəkatının nümayəndəsi Xalid Əlimirzəyev isə iqtidaryönlü mətbuat vasitələrində müxalifət təmsilçilərinə qarşı aparılan kampaniyaya etiraz etdiyini bildirdi. O, «tənqid olar, amma təhqir yox» dedi.



Aksiya icazəli olduğundan heç bir insident baş vermədi.
XS
SM
MD
LG