Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:49

Gürcüstan istintaqla tanış olmadan vətəndaşlarını vermək istəmir


Səs: Real audio
«Azadlıq» bloku isə 108 dairədə vahid namizədini müəyyənləşdirib Azərbaycanın Baş Prokurorluğu "Monitor" jurnalının redaktoru Elmar Hüseynovun qətli ilə bağlı ilkin istintaq materiallarını Gürcüstan Prokurorluğuna göndərib. Məlumatı Gürcüstan Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Xatuna Tsxvediaşvili verib.



O deyir ki, istintaq materialları Milli Təhlükəsizlik Nazirliyinin hadisədə iştirakda günahlandırdığı iki Gürcüstan vətəndaşı – Tahir Xubanovla Teymuraz Əliyevi Azərbaycana vermək tələbinin qarşılığı olaraq istənilib.



Xatuna Tsxvediaşvili sənədlərin öyrənilməsi prosesi başa catmamış tələb olunan şəxslərin Azərbaycana ekstradisiyasına başlamayacaqlarını söylədi.



Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin mətbuat xidmətinin rəhbəri Arif Babayev də məlumatı təsdiqlədi. Və dedi ki, Elmar Hüseynovun qətli ilə bağlı nazirliyin əməkdaşları da Gürcüstana gedib.



Gürcüstan Prokurorluğunun nümayəndəsi, xanım Tsxvediaşvili isə azərbaycanlı mütəxəssislərin bu ölkəyə gəlmədiyini bildirdi.



Elmar Hüseynov bu ilin martında yaşadığı mənzilin qarşısında qətlə yetirilib.



"Sərhədsiz Reportyorlar" təşkilatının iyulun 29-da yaydığı bəyanatda deyilir ki, Elmar Hüseynovun qatilinin tapılması seçkiqabağı dövrdə prezident İlham Əliyev üçün bir sınaqdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG