Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:28

Siyasi mühacirlər seçkidə iştirak edə bilər, amma Bakıya gəlsələr, həbs olunacaqlar<p align=`left`><br><br>


Səs: Real audio
«Azadlıq» bloku isə 108 dairədə vahid namizədini müəyyənləşdirib Azərbaycanın eks prezidenti Ayaz Mütəllibov və Milli Məclisin keçmiş sədri Rəsul Quliyevin qarşıdakı parlament seçkilərinə namizədliyinin irəli sürülməsində və onların namizəd kimi qeydə alınmasında heç bir məhdudiyyət yoxdur.



Respublika Baş Prokurorluğu mətbuat xidmətinin yaydığı məlumatda belə deyilir. Məlumatda o da qeyd olunur ki, barələrində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş bu şəxslər Azərbaycana gələn kimi həbs olunacaq və ədalət mühakiməsi qarşısında cavab verəcəklər.



Sabiq prezident Ayaz Mütəllibov isə deyir ki, prokurorluğun belə bəyanatla çıxış etməsi birinci dəfə deyil. Bu siyasi məqsədlə səsləndirilən fikirlərdir:



"Baş prokuror bu bəyanatla Ayaz Mütəllibovun Azərbaycanda heç bir vətəndaş hüququ olmadığını bildirir. Belə əcaib hala isə yalnız Azərbaycanda rast gəlmək olar".
XS
SM
MD
LG