Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:47
Rubrikalar

Almanlarla "prinsipial oyun" olacaq


Səs: Real audio
«Azadlıq» bloku isə 108 dairədə vahid namizədini müəyyənləşdirib - İyulun 29-da UEFA Kubokunun birinci təsnifat mərhələsinin təkrar matçında paytaxtın «Bakı» klubu səfərdə Slovakiyanın «Jelina» komandası ilə qarşılaşdı. Bakılılar 3:1 hesabı ilə məğlub olaraq bu mötəbər yarışda mübarizəni dayandırıblar.



İlk görüşdə öz meydanında rəqibə 1:0 hesabı ilə qalib gələn bakılılara cavab matçında 2:1 hesablı məğlubiyyət də yetərli idi. Ancaq paytaxt klubu bu hesabı yalnız matçın sonuna 3 dəqiqə qalana qədər qoruya bildi.



87–ci dəqiqədə slovakiyalılar "Bakı"nın qapısından 3–cü topu keçirərək növbəti mərhələdə mübarizəni davam etdirmək imkanı qazandılar.



- Həmin gün Lənkəranın «Xəzər» komandası da Moldovanın «Nistru» klubuna ümumi hesabda 3 top fərqilə məğlub olaraq Avropa kubokları yarışında mübarizəni dayandırdı.



- Çempionlar Liqasında mübarizə aparan «Neftçi» isə avqustun 3-də Bakıda Belçikanın "Anderlext" komandasını təkrar görüş üçün qəbul edəcək. Səfərdə belçikalılara 0-5 hesabı ilə məğlub olan "Neftçi"nin lazımi hesabla qələbə qazanaraq bu mərhələni də keçəcəyi inandırıcı görünmür.



- Estoniyanın paytaxtı Tallin şəhərində iyulun 29-dan avqustun 5-dək gənclər arasında boks üzrə Avropa çempionatı keçiriləcək. Azərbaycan bu çempionata 11 boksçu ilə qatılıb.



Boks Federasiyasından verilən məlumata görə, yarışda Azərbaycanı müxtəlif çəki dərəcələrində Məhəmməd Əhmədəov, Samir Məmmədov, Elşən İsmayılov, Natiq Hüseynov, Kənan Qədimov və başqaları təmsil edəcəklər.



- İyulun 30-da Qubada keçirilən Dünya kuboku yarışının "Qran-Pri" turnirinin yarımfinalında Azərbaycanın voleybolçu qızları Almaniya yığma komandası ilə qarşılaşacaqlar.



Azərbaycan Voleybol Federasiyası mətbuat xidmətinin rəhbəri Zöhrab Gözəlbəyli yığma komandanın bu gürüşə ciddi hazırlaşdığını deyir.



Cənab Gözəlbəyli həmin görüşü "prinsipial oyun" adlandırır. O deyir ki, keçən il Azərbaycan yığması Almaniyaya məğlub olmuşdu. Qubada keçirilən qrup yaraşında isə yığma komanda artıq bir dəfə Almaniya üzərində qələbə qazanıb.



Digər yarımfinalçılar Polşa və Rusiya komandalarıdır. Final oyunu iyulun 31-də keçiriləcək.
XS
SM
MD
LG