Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 09:29
Rubrikalar

Beynəlxalq danışıqlar ucuzlaşıb


Səs: Real audio
«Azadlıq» bloku isə 108 dairədə vahid namizədini müəyyənləşdirib - Avqust ayı ərzində Azərbaycan neftinin Bakı-Novorossiysk kəməri ilə nəqli mümkün olmayacaq. Rusiyanın "Transneft" şirkəti bu haqda BP şirkətinə məlumat göndərib.



BP-nin mətbuat xidmətindən verilən məlumata görə isə, bu addım şirkət üçün problem yaratmayacaq. Çünki, xam nefti Supsa limanı və Səngəçal terminalında saxlamaq mümkündür.



- Beynəlxalq danışıqlar bundan sonra daha ucuz başa gələcək. Rabitə və İnformasiya Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, nazirlik sosial vəziyyəti nəzərə alaraq İP telefoniya xidmətini ucuzlaşdırıb. İndi ev telefonundan 3 sıfır (000) və ya 030 kodunu yığdıqdan sonra axşamlar və səhərlər mövcud tariflərdən 25 faiz ucuz danışmaq mümkün olacaq.



Axşam saat 10 və səhər saat 7 arasında isə danışıqlar 50 faiz ucuz olacaq. Yarıqiymət bazar və bayram günləri də tətbiq olunacaq.



Nazirlikdən aldığımız məlumata görə, bir müddətdən sonra 030 kodu üzərindən İP telefoniyaya çıxış bağlanacaq və ucuz danışıqlar üçün yalnız 3 sıfır (000) kodundan istifadə olunacaq.



- Milli Bankdan aldığımız məlumata görə, 1 dollar 4686 manat, 1 rubl 163 manat, 1 avro isə 5681 manatdır.
XS
SM
MD
LG