Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 17:43

Hökumət siyasi partiyaları maliyyələşdirə bilər


Səs: Real audio
«Azadlıq» bloku isə 108 dairədə vahid namizədini müəyyənləşdirib Siyasi partiyalar haqqında qanuna dəyişikliyə ehtiyac var. Bu, partiyaların maliyyələşməsinin şəffaflığını təmin etmək üçün lazımdır. Məsələ partiyalar arasında müzakirə ediləndən sonra payızda Milli Məclisin iclasına çıxarıla bilər.



Bu təklif bir neçə siyasi partiyanın iyulun 29-da keçirdiyi görüşdə irəli sürülüb.



Toplantıda Yeni Azərbaycan, Ana Vətən, Sosial Rifah, Vətəndaş Həmrəyliyi və Milli İstiqlal partiyalarının təmsilçiləri iştirak ediblər.



YAP icra katibi Əli Əhmədovun dediyinə görə, ola bilsin, siyasi partiyaların hökumət tərəfindən maliyyələşməsi də müzakirə edilsin.



O, partiyaların növbəti görüşünun avqustun birinci yarısında Vətəndaş Həmrəyliyi partiyasının qərargahında olacağını deyib.



«Azadlıq» seçki blokunun təsisçiləri - AXCP, Müsavat və ADP görüşdə iştirak etməyib.



AXCP sədri Əli Kərimli deyib ki, hakim partyanın təklif etdiyi gündəlik - partiyaların xaricdən maliyyələşməsi –görüşün mövzusu ola bilməz və tədbirin yeri ilə bağlı anlaşma pozulub.



Müsavat partiyasının başqanı İsa Qəmbər isə bildirib ki, YAP siyasi etikanı pozsa da, onlar hakimiyyət və müxalifət partiyaları arasında dəyirmi masaları dayandırmaq fikrində deyillər və gələn həftə bu yöndə təkliflərini YAP daxil olamaqla bütün siyasi qurumlara göndərəcəklər.



İqtidar-müxalifət dialoqu çərçivəsində ilk iki görüş YAP və AXCP-də baş tutub. Üçüncü görüşün isə Müsavat partiyasında keçirilməsi nəzərdə tutulmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG