Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:12

«Azərbaycan ordusu döyüş hazırlığı vəziyyətinə gətirilib»


Səs: Real audio
«Azadlıq» bloku isə 108 dairədə vahid namizədini müəyyənləşdirib «Yeni Azərbaycan» qəzetindəki «Mifik bloklaşma və onun sosial-psixoloji aspektləri» başlıqlı məqalədə Azər Mənsimli yazır ki, müxalifət üzvlərinin tək iqtidara deyil, düşərgə daxili opponentlərə də barışmaz münasibət bəsləmələri heç kim üçün sirr deyil. Onların hər birinin daha çox şəxsi maraqları barədə düşünmələri şübhə doğurmur. Siyasi bloklaşma cəhdlərinin isə xaricdən qaynaqlandığını söyləmək olar. Sanki müxalifətə «birləşin, real alternativ olun» komandası verilib və onlar da səfərbərliyə başlayıblar.



«Bakı-Xəbər» qəzetindəki «Kristofer Smit Əliyevlər hakimiyyətinin kökünü nişan aldı» başlıqlı məqələdə Tofiq yazır ki, ABŞ Konqresi Nümayəndələr Palatasının Beynəlxalq Əlaqələr Komissiyasının sədr müavini bu günlərdə «Azadlıq» radiosuna müsahibəsində deyib ki, rəsmi Vaşinqton inanır ki, Azərbaycan xalqı seçki saxtakarlığı ilə deyil, məhz özü seçdiyi hökumətə layiqdir. Müəllif yazır ki, «seçki saxtakarlığı» ifadəsi aydındır və cənab Smitin nə demək istədiyini başa düşmək üçün 2000-ci ilin parlament və 2003-cü ilin prezident seçkilərini misal çəkmək kifayətdir.



«Ayna» qəzetindəki «Ordu döyüş vəziyyətinə gətirildi» başlıqlı məqalədə Cəsur Sümərinli yazır ki, ermənilərin cəbhə xəttinin iki istiqaməti üzrə güclənməsi Azərbaycan silahlı qüvvələrinin mövqelərinə təsirsiz ötüşməyib. Etibarlı mənbələrin verdiyi məlumata görə, Azərbaycan ordusu döyüş hazırlığı vəziyyətinə gətirilib. Cəbhə xəttindəki hərbi hissələrdə hər an başlaya biləcək silahlı qarşıdurmaya hazırlıq işləri görülür.
XS
SM
MD
LG